Minifutbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elşad Quliyevin 50 illik yubileyidir. Sport24.az xəbər verir ki, bu əlamətdar gün münasibətilə minifutbol ailəsi adından təcrübəli mütəxəssisə təbriklər çatdırılıb.
Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov yubilyara xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, milli komanda Quliyevin rəhbərliyi altında Avropa və dünya çempionu olub.