top
“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib İdman.biz
28 sentyabr 2024, 17:23
- ↺ +

“Mahir Muradov Kuboku” uğrunda konkur yarışları keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində "Mahir Muradov Kuboku" uğrunda konkur yarışları keçirilib.

İdman.biz xəbər verir ki, yarışlar "E", "L" koteqoriyaları üzrə 27 sentyabr, "M*" kateqoriyası üzrə isə bu gün baş tutub.

Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

"E" kateqoriyası üzrə 90 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər. 21 idmançının iştirak etdiyi kateqoriyada "Sərhədçi" atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva "Nabab de Belou" ləqəbli atla birinci, "Alma" ləqəbli atla ikinci, "Məktəb" atçılıq klubunun idmançıları Valeriya Roşenko "Şəhzadə" ləqəbli atla üçüncü, Ayan Fərəcova "Tibet" ləqəbli atla dördüncü, "Omar" atçılıq klubunun idmançısı Samira Baxşıyeva isə "Bulud" ləqəbli atla beşinci yerin sahibi olub.

"L" kateqoriyası üzrə 115 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda iştirak edən idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar. 15 idmançının iştirak etdiyi kateqoriyada "Gilan" atçılıq klubunun idmançısı Rahib İsmayılov "Carthanio" ləqəbli atla birinci, "Aleks 1" ləqəbli atla üçüncü, "Sərhədçi" atçılıq klubunun idmançısı Gülay Fərzəliyeva "Nabab de Belou" ləqəbli atla ikinci, "Elite" atçılıq klubunun idmançısı Aydan Ağayeva "Zirvə 2" ləqəbli atla dördüncü, "Omar" atçılıq klubunun idmançısı Kənan Novruzov isə "Lothar 41" ləqəbli atla beşinci yerin sahibi olub.

Yarışların sonuncu turunda "M*" kateqoriyası üzrə 12 idmançının iştirakı ilə keçirilib. Bu kateqoriya üzrə 120 santimetr hündürlükdə qurulan maneələrdən ibarət yarışda "Elite" klubunun idmançısı Seyid Musayev "Ayla" ləqəbli atla birinci, "Murad" atçılıq klubunun idmançısı İya Firsova "Clima" ləqəbli atla ikinci, "Elano C" ləqəbli atla dördüncü, "Buta Golden" atçılıq klubunun idmançısı Eqor Morotski "Astrello" ləqəbli atla üçüncü, "Gilan" atçılıq klubunun idmançısı Rahib İsmayılov isə "Carthanio" ləqəbli atla beşinci yerin sahibi olub.

Yarışın sonunda birinci yerin sahiblərinə "Mahir Muradov Kuboku", ilk üç yerin sahiblərinə medal, 4-cü və 5-ci yerin sahiblərinə isə diplom və pul mükafatı təqdim edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Oxşar xəbərlər