top
Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib Report.az
29 aprel 2024, 16:29
- +

Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilib

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirib.

"Report" AKF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən federasiya prezidenti Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəsmisi Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nin vitse-prezidenti Füzuli Musayev də öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolunun olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karatenin ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman İdarəsinin karate üzrə kuratoru Taleh Məqsədli də iştirak edib və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı birinciliyində müxtəlif klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi qüvvəsini sınayıb. Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 12:21

Millimizin baş məşqçisi badmintonçumuzun çıxışını dəyərləndirib

Olimpiada
Bu gün, 12:10

Keişa Fatimə: "Çalışacam ki, növbəti oyunda daha yaxşı çıxış edim”

Digər
Bu gün, 11:51

Keişa Fatimə Zəhra: “İstər-istəməz həyacan var idi”

Futbol
Bu gün, 11:50

Tahir Süleymanov: “Gecikmiş təyinatın fəsadları çempionat oyunlarında özünü göstərəcək”

Digər
Bu gün, 11:45

Olimpiya kəndində vida

Basketbol
Bu gün, 11:33

Qızlarımız finalın astanasında

Digər
Bu gün, 11:19

Orxan Səfərov: “Balabəy onu keçərsə, finala qədər irəliləyəcək”

Olimpiada
Bu gün, 11:16

Paris-2024: Badmintonçumuz ilk görüşdə məğlub oldu

Futbol
Bu gün, 11:06

“Şamaxı”nın yeni transferi sıradan çıxıb

Digər
Bu gün, 10:41

Paris-2024: Badmintonçumuz uduzur

Futbol
Bu gün, 10:40

İcraiyyə Komitəsinin üzvü Trabzona yollanır

Digər
Bu gün, 10:30

Paris-2024: Keişa Fatimə Zəhra Bing Jiao Heyə qarşı

Futbol
Bu gün, 10:20

“Sabah”ın xorvatiyalısı: “Kompakt oynadıq və rəqibə fərqlənmək üçün hər hansı şans vermədik”

Basketbol
Bu gün, 10:13

Üçüncü qələbə arzusunda

Basketbol
Bu gün, 10:07

Millimiz finalın bir addımlığında

Futbol
Bu gün, 10:00

"Şamaxı" serbiyalı müdafiəçi ilə müqavilə bağladı

Digər
Bu gün, 09:46

Diananın Paris-2024 sınağı

Digər
Bu gün, 09:42

PSJ "Barselona"nın bu futbolçunu almasına imkan verməyəcək

Futbol
Bu gün, 09:41

AFFA rəsmisi “Trabzonspor”un oyununda

Futbol
Bu gün, 09:40

“Neftçi” “Roma” və Latsio”nun sabiq futbolçusu ilə danışıqlar aparır - EKSKLÜZİV

Digər
Bu gün, 09:37

Paris-2024: Snayperimiz hədəf önünə keçir

Digər
Bu gün, 09:22

Cüdoçularımız Paris tatamisində

Olimpiada
Bu gün, 09:20

Paris-2024: Bu gün daha 5 idmançımız mübarizəyə başlayır

Futbol
Bu gün, 09:20

Bakiç “Şamaxı”da

Oxşar xəbərlər