top
“Kür”ün yeni baş məşqçisi: “Mingəçeviri çox bəyəndim, lazımı qələbəni qazanacaq” İdman.biz
19 avqust 2024, 11:12
- ↺ +

“Kür”ün yeni baş məşqçisi: “Mingəçeviri çox bəyəndim, lazımı qələbəni qazanacaq”

"Təklif klubdan gəldi və ardınca danışıqlara başladıq".

Bunu İdman.bizə qadın həndbolçulardan ibarət "Kür" klubunun yeni baş məşqçisi Milorad Despotoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan klubuna gəlişini şərh edib. O bildirib ki, ilk dəfə mayın əvvəlində komanda ilə tanış olmaq üçün Bakıya gəlib: "Kür"ün Azərbaycan kubokunun yarımfinal və final matçlarını canlı izlədim. Daha sonra təkliflə bağlı rəhbərliklə müzakirələr apardıq. Yekunda isə "Kür"də işləməyə razılıq verdim. Azərbaycanı, xüsusilə də Mingəçevir şəhərini çox bəyəndim. Klubda idmançıların hazırlığı üçün bütün lazımi şərait yaradılıb. İdman otaqları, məşq zalı, hovuzu və s. bütün hər şey əla vəziyyədədir".

51 yaşlı Despotoviç ölkəmizi avrokubokda da təmsil edəcək "Kür"ün hazırkı durumunu da açıqlayıb: "Klubda bir sıra dəyişikliklər oldu. Yeni xarici həndbolçular transfer etmişik. Mövsümün əvvəlidir. Bu baxımdan qızlar bir az çətinlik çəkirlər, amma məşqlərimiz çox yaxşı keçir. Yerli oyunçularımız gündəlik hazırlıqda özlərini yaxşı göstərirlər. Bu da onlarda inkişafı göstərir. Yeni gələnlərin də komandamız üçün faydalı olacağını düşünürəm. İnanıram ki, bu mövsümdə Azərbaycan çempionatında və kubokunda çox yaxşı nəticə əldə edəcəyik".

O, Avropa kubokunda Yunanıstan "İonias"i ilə keçirəcəkləri görüşdən gözləntilərini də açıqlayıb: "Hər iki matçı səfərdə keçirmək çətin olacaq. Rəqibin 3-4 oyununu izləmişəm. Fikrimcə, yaxşı komandadır. Həmin klubun təcrübəli legionerləri də rəqibin gücündən xəbər verir. Buna baxmayaraq, inanıram ki, "Kür" əlindən gələni edərək, lazımı qələbəni qazanacaq".

Qeyd edək ki, Mingəçevir təmsilçisi "İonias"lə oktyabrın 5-də və 6-da Afinada oynayacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Oxşar xəbərlər