top
“Kürü keçək?!” adlı açıq suda üzmə yarışının mükafatlandırılma mərasimi keçirilib İdman.biz
31 avqust 2024, 16:00
- ↺ +

“Kürü keçək?!” adlı açıq suda üzmə yarışının mükafatlandırılma mərasimi keçirilib

Mingəçevir şəhərində keçirilən "Kürü keçək?!" adlı açıq suda üzmə yarışının mükafatlandırılma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Avropa Gimnastikasının vitse-prezidenti Edvard Kolar, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Maqsud Fərzullayev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev və "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Ceyhun Mirzəyev təqdim ediblər.

Kür çayının iki sahili arasında 300 metr məsafədə gerçəkləşən turnirə ölkəmizin bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı 500-dək nəfər qatılıb. Yarışın keçirilməsində əsas məqsəd su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsidir.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutub.

***

13:49

Mingəçevir şəhərində "Kürü keçək?!" açıq suda üzmə yarışına start verilib.

İdman.biz xəbər verir ki, Kür çayında təşkil olunan yarışda Gənclər və İdman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə, federasiya rəsmiləri və media nümayəndələri iştirak edirlər.

300 metr məsafəyədək peşəkar və həvəskarlar arasında keçirilən yarışda 500 nəfər iştirakçı mübarizə aparır. İştirakçılarına dəstək məqsədi ilə gənclər və idman naziri Fərid Qayıbovda üzənlər arasındadır.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində ("Xəzər dalğası"), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında ("Kürü keçək") təşkil olunub.

***

09:02

Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə bu gün növbəti dəfə açıq suda kütləvi üzmə yarışı keçiriləcək.

İdman.biz xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində baş tutacaq.

Peşəkarlar və həvəskarlar arasında 300 metr məsafəyə keçiriləcək yarışda bütün rayon və şəhərlərindən üzməyi bacaran 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Qaliblər müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində ("Xəzər dalğası"), 2023-cü ildə isə Mingəçevirdə Kür çayında ("Kürü keçək") təşkil edilmişdi.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Oxşar xəbərlər