Qadın həndbolçulardan ibarət "Kür" klubunun avrokubok oyunlarının hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin Yunanıstan təmsilçisi "İonias"la oyunlarını eyni referilər idarə edəcək.
Hər iki matçda monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.
Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.
İdman.biz