Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Niderlandın Hertogenbos şəhərində keçirilən "International Challenge" seriyalı "YONEX Dutch Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
İdman.biz xəbər verir ki, o, finala kimi irəliləyib.
Mübarizəyə 1/16 finaldan başlayan Keişa finala gedən yolda Hindistan, Danimarka və Bolqarıstan təmsilçilərinə qalib gəlib. Badmintonçu qızıl medal uğrunda keçirilən oyunda malayziyalı rəqibi Kisona Selvaduraya 0:2 (14:21,16:21) hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
İdman.biz