top
Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib İdman.biz
24 avqust 2024, 11:38
- ↺ +

Kamandan oxatma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiya rəsmiləri və media nümayəndələri iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, federasiya ilk yarışa xüsusi hazırlaşıb: "Təşkilat Komitəsi, könüllülər və sair hər şey yüksək səviyyədədir. Son illərdə bu idman növündə imkişaf var. İlin ən böyük idman tədbiri Olimpiada idi. İlk dəfə olaraq biz 15 idman növündə təmsil olunurduq. Kamandan oxatmada bizi Yaylagül Ramazanova təmsil etdi. O, Paris-2024 Yay Olimpiya Oyunlarında böyük maraq doğurmuşdu. İnanıram ki, Ramazanovanın arxasınca digər idmançılarımız da gələcəklər".

Federasiyanın prezidenti Anar Quliyev qədim idman növü olan kamandan oxtamanı yaşadan idmançılara təşəkkür edib: "Bu il Gənclər və İdman Nazirliyinin 30 illiyidir. Bu çempionatın keçirilməsinin xüsusi əhəmiyyəti var. Olimpiya Oyunları da Azərbaycanın uğuru ilə nəticələnib. Bizi yarışda Yaylagül Ramazanova təmsil edirdi. Fürsətdən istifadə edərək ona gələcək fəaliyyətində və həyatında uğurlar arzu edirəm. Bu gün açılış mərasimi olan çempionata 55 idmançı qatılıb. Bu idman növü kifayət qədər qədim tarixə malikdir. İldən-ilə kamandan oxatmaya maraq artır. Burada həm yeniyetmələr, həm də böyüklər iştiak edəcəklər".

Rəsmi çıxışlardan sonra dövlət himni səsləndirilib. Daha sonra yarış açıq elan edilib.

Qeyd edək ki, 50-dən çox peşəkar idmançının mübarizə aparacağı yarış avqustun 25-dək davam edəcək.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki transfer etməyi planlaşdırır

Digər
Bu gün, 17:36

İoannis Diamantakos: “Əsas hədəfimiz təcrübə toplamaqdır”

Digər
Bu gün, 17:30

“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Oxşar xəbərlər