İspan velosipedçi Xaume Qvardanyo məşq zamanı avtomobillə toqquşduqdan sonra xəstəxanaya çatdırılıb.
İdman.Biz xəbər verir ki, idmançı müxtəlif dərəcəli xəsarətlərlə helikopter vasitəsilə xəstəxanaya aparılıb. Qvardanyo hazırda reanimasiya şöbəsindədir.
"Komandamız adından bu çətin dövrdə Xaumeyə və onun ailəsinə tam dəstəyimizi və həmrəyliyimizi ifadə edirik. Ona tezliklə və tam sağalma arzulayırıq. Vəziyyətində dəyişiklik olduqca əlavə məlumat verəcəyik", - deyə 23 yaşlı idmançının çıxış etdiyi komandasının bəyanatında bildirilib.