top
İdmançılarımız Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurub İdman.biz
18 oktyabr 2024, 13:49
- ↺ +

İdmançılarımız "Mingəçevir reqatası-2024”ü 24 medalla başa vurub

Avarçəkmə, kayak və kanoe üzrə "Mingəçevir reqatası-2024" beynəlxalq turnirinə yekun vurulub.

İdman.biz xəbər verir ki, 3 gün davam edən yarışı Azərbaycan idmançıları 24 medalla başa vurublar.

Bu mükafatların 13-ü turnirin son günündə əldə olunub. Təmsilçilərimizdən Azər İlyasov - Tunar Məmmədzadə cütlüyü 2008-2009 təvəllüdlü idmançıların mübarizəsində qızıl mükafata sahib çıxıblar. Onlar akademik avarçəkmədə 1500 m məsafəyə yarışda fərqləniblər.

Amil Ramazanov (2006-2007) kayakda 1000 m məsafəyə yürüşdə ikinci yeri tutub. 2008-2009 təvəllüdlülərdən kayak növündə Niyaz Məlikov - Emil Zeynalov cütlüyü gümüş, Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü isə bürünc medala yiyələniblər.

Akademik avarçəkmədə (2006-2007) Nurlan Paşayev - Cahangir Məmmədli, Sabit Abdullayev - Fikrət Həsənov, Məhəmməd Niftullayev - Neymət Həsənov cütləri müvafiq olaraq ilk üç yeri tutublar.

200 m məsafəyə kayakla mübarizədə (2008-2009) Qiyas Əhmədov - Sübhan Həsənov cütlüyü qızıl, İvan Vorobianski - Hüseyn Həsənov və Vacib Babayev - Şahin İsayev cütlüyü gümüş medallar qazanıblar.
1000 m məsafəyə yürüşdə akademik avarçəkmədə (2010-2011) Məhəmməd Həsənov - Raul Şamilov cütlüyü finişə ikinci, Yusif Əliyev - Ruslan Fərəcov üçüncü çatıblar.

Son olaraq İbrahim Məmmədzadə - Elmir Tarverdiyev cütlüyü (2010-2011) kayakda üçüncü olublar.

Qeyd edək ki, bu gün turnirin bağlanış mərasimi də keçiriləcək.

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Oxşar xəbərlər