top
İdman bürcü - Astroloji PROQNOZ: 26 avqust – 1 sentyabr İdman.biz
25 avqust 2024, 11:18
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 26 avqust – 1 sentyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftənin əvvəlində Qoçlar peşəkar uğur qazanacaqlar. Nəhayət ki, mürəkkəb problemləri həll edə biləcəksiniz. Bu, gələcək haqqında düşünməyinizə də imkan verəcək. Həftə sonu qeyri-adi səfər planlaşdırmaq və ya gözəl təbiətə malik yerlərə gəzintiyə çıxmaq tövsiyə edilir. Bu, özünüzü bərpa etməyə kömək edəcək. Güləş, cüdo, çövkən, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Buğa
Bu həftə Buğalar son dərəcə təmkinli olmalıdırlar. Sürətinizi azaltmalısınız. Hər şeydən əvvəl, komandanın ümumi işinə əhəmiyyətli nəticələr gətirəcək addımlar atın. Həftənin ikinci yarısında ailənizə xüsusi diqqət yetirməlisiniz. Bu zaman istəklərinizə qovuşa bilərsiniz. Onların buna həqiqətən ehtiyacı var. Maliyyə baxımından ürəkaçan məqamlar olacaq. Futbol, üzgüçülük, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Əkizlər
Həftəboyu Əkizlər planlarını həyata keçirmək üçün tələsməməlidirlər. Ən vacib məsələləri uzun müddətə təxirə salmalısınız. Sevgidə uğurlar görünür, bunun üçün əlverişli məqamdır. Bununla belə, diqqətli olun: məqsədlərinizə çatmaq üçün tələskən, vacib bir şeyi əldən verməməyə çalışın. Çətin vəziyyətdə dostlarınıza dəstək olun, ailənizə kömək edin. Atçılıq, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Xərçəng
Həftənin bu günlərində Xərçənglərin bəxti gətirəcək. İş məsələlərində uğurlar və ola bilsin ki, maddi mükafatlar sizi gözləyir. Balansı saxlamaq üçün pulun kiçik bir hissəsini xeyriyyəçilik üçün bağışlaya bilərsiniz. Ailədə də hər şey yaxşıya doğru gedəcək. Köhnə şikayətlər sizi narahat edirsə, diqqəti özünüzə yönəltməyə çalışın. Həftə sonunu kitab oxumaq, filmə baxmaq və idmanla mə.ğul olmağa üstünlük verin. Karate, basketbol, güləş, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Şir
Digər bürclərdən fərqli olaraq, Şirlərin həftə ərzində istirahətə vaxtı olmayacaq. Həftənin əvvəlində işdə anlaşılmazlıqlar yaşayacaqsınız. Ancaq təmkinliliyiniz sayəsində istər həmkarlarınızla, eləcə də evdə münaqişə vəziyyətlərindən asanlıqla çıxacaqsınız. Həftənin ikinci yarısında bəxtiniz gətirəcək. Yaxşı olar ki, vaxt itirmədən vacib layihəniz üçünHərəkətə keçəsiniz. Gimnastika, güləş, stolüstü tennis, cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Qız
Bu həftə də Qızların həyatında kəskin dəyişikliklər baş verəcək. Həftənin ilk yarısında gücünüzü itirdiyinizi hiss edəcəksiniz. Lakin sonrakı günlərdə əksinə, hər şey sizin xeyrinizə olacaq. Tövsiyə edilir ki, bu müddət ərzində işdə və şəxsi həyatınızda bir qədər fasilə verib, həqiqətən nə istədiyinizi düşünəsiniz. Bu zaman hansı qərarı versəniz, hər şey düzələcək. İnanın ki, istəklərinizə mane olacaq heç bir qüvvəilə qarşılaşmayacaqsınız. Cüdo, basketbol, tennis, sambo, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Tərəzi
Həftənin ilk günləri Tərəzilər son dərəcə təmkinli olmalıdırlar. Çünki bu günlərdə kəskin dəyişikliklərlə qarşılanmaq ehtimalı böyükdür. Bu dövrdə çox həssas emasiyalara qatıla bilərsiniz. Özününzü yalnız müsbətə doğru yükləyin. Bu zaman müsbət enerjinizin qayıdışını hiss edəcəksiniz. Tələskənliyi yol verməməlisiniz. Düşünülmüş və diqqətlə qərarlar verin. Yeni mərhələyə hazır olduğunuza əminsinizsə, yaxınlarınız sizə dəstək olacaq. Üzgüçülük, şahmat, karate və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Əqrəb
Həftə Əqrəblər üçün heç də asan olmayacaq: stresli vəziyyətlər mümkündür. Üzləşəyəcəyiniz problemlərin həllində ünsiyyət mühim rol oynayacaq. Həftənin ortaları yaradıcılıqla məşğul olun. Həftənin sonunda alacağınız mükafat qarşılaşdığını çətinliklərin həllində yardımçı olacaq. Dostlarınızın sizi gözlənilməz xəbərlərlə təəccübləndirəcəyi də gözləniləndir. Avarçəkmə, gimnastika, sambo və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Oxatan
Bu həftə Oxatanları böyük dəyişikliklər gözləyir. Gündəlik işlərinizi yenidən nəzərdən keçirmək və ev işlərinə üstünlük verməyiniz qaşılmazdır. Həftənin ikinci yarısında iş otağınızı təmizləyin və lazımsız şeylərdən xilas olun. Son dərəcə ağılla hərəkət etməlisiniz. Həftəsonu xoş müjdə alacaqsınız. Sağlamlığınıza diqqət yetirin. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oğlaq
Bu həftə Oğlaqlara sakit bir həftə vəd edir. Bu dövrdə istəklərinizə diqqət yetirin və hələ reallaşmamış arzuları xatırlayın. Dostlar və ailə bu işdə sizə kömək edəcək. Buna görə də özünüz və başqaları üçün faydalı bir iş görmək anını qaçırmayın. Bacardığınız qədər kollektivdən kənarda qalmayın. Səbrlə bir sıra işlərinizin ğhdəsindən gələcəksiniz. Stolüstü tennis, həndbol, basketbol, voleybol və hokkey növlərində hədsiz uğurlar gözlənilir.

Dolça
Həftə ərzində Dolçalar peşəkar sahədə yaradıcılıq nümayiş etdirə biləcəklər. Sakit şəkildə istənilən mübahisəni həll edə və vaxtında taleyüklü qərar verə bilərsiniz. Ancaq diqqətli olun: uğurun eyforiyası sizi alt-üst edə bilər. Yaxınlarınızın diqqətə ehtiyacı olduğunu hiss etməyəcəksiniz. Həftə sonu bu balansı bərpa etməyə çalışın və ailənizlə faydalı tədbir təşkil edin. Bu günlərdə maliyyə durumunuzun artacağı da ehtimal edilir. Velosiped, qaçış, qılıncoynatma, güləş, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Balıqlar
Həftə ərzində Balıqlara iş məsələlərinə aktiv şəkildə başlamaq tövsiyə edilir. Çalışın, bu günlərdə xırda şeylərdən qaçasınız. Belə etsəniz, müsbətə doğru gözlənilməz nəticələrlə qarşılaşacaqsınız. Həftə sonu yaxınlaşdıqca qurduğunuz planlar bəhrəsini verəcək. Ailə məsələlərini də tarazlaşdırmağa çalışın. Səhhətinizlə bağlı qeyri-müəyyənlik görünmür. Basketbol, voleybol, həndbol, güləş, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Oxşar xəbərlər