top
İdman bürcü - Astroloji PROQNOZ: 2-8 sentyabr İdman.biz
01 sentyabr 2024, 11:35
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 2-8 sentyabr

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə Qoçlar üçün gərgin ola bilər. Həftənin ilk yarısı səhhətinizlə bağlı problemlər görünür. Həftənin ikinci yarısı pul çatışmazlığı ilə üzləşəcəyiniz vəd edilir. Bütün bunlara baxmayaraq, təmkimli davranmalısınız. Ən əsası, pis vərdişlərdən, xüsusilə, mərc oyunlarından kənarda durmalısınız. Fiziki hazırlığınıza diqqət etməli, gündəlik həyatınızda nizam-intizama riayət etməlisiniz. İstirahətinizə vaxt ayırmağınız mütləqdir. Gimnastika, güləş, stolüstü tennis, cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Buğa
Həftə ərzində Buğalar üçün lazım olan yeganə şey, tərəfdaş seçimində daha diqqətli olmaqdır. Sevginizi axtarmağa davam etmək vacibdir. Lakin bu işdə yalnız ağlınıza güvənməlisiniz. İşlə bağlı uğurlar əldə edəcəksiniz. Xüsusilə, bu, ünsiyyətlə əlaqəli sahələrdə özünü daha yaxşı göstərəcək. İşgüzar səfərlərin uğurlu keçəcəyi vəd olunur. Vəziyyəti dəyişməkdən qorxmayın. Səhhətinizə ciddi fikir verin. Stolüstü tennis, həndbol, basketbol, voleybol və hokkey növlərində hədsiz uğurlar gözlənilir.

Əkizlər
Bu həftə Əkizlər faydalı iş görməlidir. Həftənin ilk günlərində artıq şeyləri atmaq, ümumi təmizlik etmək vacibdir. Bütün bunlar əhvalınıza və bəxtinizə böyük təsir edəcək. Həftənin ikinci yarısında enerjinizdə bir qədər zəifləmə gözlənilir. Lakin bu, uğurlarınıza mənfi təsir göstərməyəcək. Həftəsonu sevgi sahəsində mükəmməl vaxtdır. Basketbol, voleybol, həndbol, güləş, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Xərçəng
Bu həftə Xərçənglərə konfliktlərə girmək, xüsusən də işdə mübahisə etmək mütləq şəkildə olmaz. Yaxınlarınızın tənqidlərinə sakit cavab vermək tövsiyə olunur. Onların münasibətinə dəyər verin. Çünki həmin insanlardan sizə yalnız kömək gələcək. Ailə və yaxınlarınıza daha çox diqqət yetirməlisiniz. Ümumiyyətlə, ziyanlı insanlardan bacardığınız qədər ehtiyatlı olun. Boks, futbol, şahmat, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Həftəboyu uğur Şirlərin yanında olacaq. Lakin sağlamlığınıza, həyat tərzinizə bir qədər fikir verilməlisiniz. Eyni zamanda rejimə riayət etməli və maşın sürərkən son dərəcə diqqətli olmalısınız. Astroloqlar həm də havaya uyğun geyinməyi və işə həddən artıq yüklənərək sağlamlığınızı riskə atmamağı məsləhət görürlər. Həmçinin, pis vərdişlərdən mütləq qaydada uzaq olmağınız məsləhətdir. Güləş, cüdo, çövkən, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Qız
Qızlar gələcək planları, hədəfləri və ambisiyaları barədə qətiyyən heç kimə danışmamalıdırlar. Bu halda həftə ərzində ən xoşbəxt insanlardan birinə çevriləcəksiniz. Bahalı alış-verişdən qaçmaq lazım deyil. İşdə size böyük uğurlar gözləyir. Bununla yanaşı, biznes sahəsində də şanslarınız böyükdür. Tənbəllik və süründürməçilikdən yayınmağa çalışın. Unutmayın ki, bu hallar uğurun ən pis düşmənləridir. Velosiped, qaçış, qılıncoynatma, güləş, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Tərəzi
Həftə Tərəzilər üçün sevgi sferasında mükəmməl qaydada olacaq. Bürcün tənha nümayəndələri maraqlı bir insanla qarşılaşacaqlar. Astroloqlar artıq münasibətdə olan hər kəsin digər yarısı ilə mümkün qədər çox vaxt keçirməsini tövsiyə edir. Birlikdə səfərlərə çıxa və evdə keçirə bilərsiniz. Heç bir sahədə məhdudiyyət görünmür - bütün qapılar Tərəzi üçün açıqdır. Sambo, güləş, avarçəkmə və gymnast növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Əqrəb
Bu həftə Əqrəblər işlə bağlı bir qədər problem yaşayacaqlar. Həftənin ilk günləri üzərinizə ağır bir yük düşəcək. Şərşənbə günü vəziyətiniz əhəmiyyətli dərəcədə ağırlaşacaq. Lakin bu, əhvalınıza o qədər də təsir etməyəcək. Təmkinli davransanız, işin öhdəsindən asanlıqla gələcəksiniz. Nəzərdə tutulan planları təxirə salmamaq tövsiyə edilir. Maliyyə baxımından bəxtiniz gətirəcək. Şahmat, karate, üzgüçülük və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Oxatan
Həftə Oxatan üçün qənaətbəxş görünür. Sevdiyiniz şəxs tərəfindən müsbət cavab alacaqsınız. Həftəboyu uğurlar size izləyəcək, yetər ki, tələskənliyə yol verməyəsiniz. Mənəvi cəhətdən özünüzü müsbətə yükləməyini işlərinizin axarında getməsinə şərait yaradacaq. Fiziki hazırlığınız da mütləq qaydada diqqət edin. Boş vaxtlarda istirahət etməyiniz məsləhətdir. Karate, basketbol, güləş, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Oğlaq
Həftə Oğlaqları yeni tanışlıq baxımından müjdələyir. Sevgi sahəsində yeni namizədlər vəd edilir. Sizdən tələb olunan şey, son dərəcə düşünülmüş addımlar atmağınızdır. Maddi durumunuzda elə də irəliləyiş görünmür, lakin buna görə ruhdan düşməyə dəəyməz. Çalışın ümsiyyət qurduğunuz insanı aldatmayasınız, əks halda, onun əzabını çəkəcəksiniz. Futbol, üzgüçülük, cüdo, güləş və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Dolça
Bu həftənin necə olacaqğı Dolçaların özündən daha çox aslıdır. Taleyin sizi nədənsə məhrum etdiyini düşünməməlisiniz. Bu, istəyinizə çatmağın əsas qaydasıdır. Təmkinlilik nümayiş etditdiyiniz halda, böyük bir mükafatla təltif olunacağınız gün kimi aydındır. Bu həftənin qabaqcılları kimi də dəyərləndirilirsiniz. Sadəcə, səbirli olmalısınız. Cüdo, basketbol, tennis, sambo, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Balıqlar
Həftə ərzində Balıqlar üçün yaxınlarını, dostlarını və həmkarlarını tənqid etməkdən çəkinmələri daha yaxşıdır. Bu cür yanaşma güclü münaqişələrə səbəb ola bilər. Həmçinin, planlara daxil olmayan heç bir iş görməməlisiniz. Bu iki şərt yerinə yetirilərsə, o zaman həftə istisnasız olaraq bütün sahələrdə məhsuldar, əyləncəli, parlaq və uğurlarla dolu olmalacaq. Atçılıq, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Oxşar xəbərlər