top
İdman bürcü - Astroloji PROQNOZ: 19-25 avqust İdman.biz
18 avqust 2024, 11:48
- +

İdman bürcü - Astroloji PROQNOZ: 19-25 avqust

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə Qoçlar üçün hər şeyi qaydasına salmaq, bir çox məsələləri yerinə yetirmək baxımından münasib olacaq. Başladığınız işi tədricən sona çatdıracaqsınız. Maddi gəliriniz nisbətən yüksələcək. Lakin qazancınızın daim təkmilləşdirilməsi üçün dəyişikliklər etməlisiniz. Fiziki hazırlığınızı qaydasında saxlamanız üçün, mütləq səhhətinizə qarşı diqqətli olmalısınız. Şahmat, karate, üzgüçülük və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

Buğa
Həftə Buğalar üçün qənaətbəxş olacaq. Gündəlik işlərdən tutmuş incə məsələlərə qədər hər şeyi sabitləşdirmək üçün əla vaxtdır. Uzunmüddətli müqavilələr bağlayacağınız gözləniləndir. Aktual məsələlərin həllində də çətinlik yaşamayacaqsınız. Bacardığınız qədər sərbəst olmalısınız. Çünki həddindən artıq ehtiyatlılıq sizi müəyyən risk tələb edən çox gəlirli və maraqlı işdə şansdan məhrum edə bilər. Basketbol, tennis, cüdo, sambo, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Əkizlər
Bu həftə Əkizlər üçün informasiya ilə işləmək baxımından əlverişli olacaq. Öyrənmək bacarığı və hər hansı intellektual məşğuliyyətləriniz artacaq. Daim hərəkət etmək, əlaqələr qurmaq və inkişaf etmək istəyi yüksələcək. İşdə bir yerdə qalmaq sizi tez yorur, ona görə də fəaliyyət və ətraf mühitin tez-tez dəyişməsi lazımdır. Bir anda çox işi üzəriinizə götürməyə və paralel olaraq bir neçə məlumat mənbəyindən istifadə etməyə meylli olacaqsınız. Lazımsız təlaşdan qaçsanız, bu strategiya uğur qazana bilər. Voleybol, həndbol, güləş, basketbol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Xərçəng
Həftə ərzində Xərçənglər müsbət nəticələrdən razı qalacaqlar. Lakin əzmkarlıq və səy tələb edən planlaşdırdığınız işlərinizi daha uyğun bir dövrə təxirə salmaq daha yaxşıdır. Əks halda, bunlar yalnız qıcıqlanmaya səbəb ola bilər. Bu günlərdə maliyyə ilə bağlı uğurlar gözlənilir. Əldə edəcəyiniz qazanc özünə inam hissinizi artıracaq. Səhhətinizlə bağlı hər hansı bir narahatçılıq olmayacaq. Futbol, şahmat, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Şirlər bu həftə daha ağıllı, planlı olmalıdırlar. Bacardığınız qədər eqodan uzaq olasınız. Eyni zamanda, öz zəhmətinizlə səmərəli işlərə açıq olmalısınız. Müəyyən edilmiş qaydalara əməl etsəniz və bütün təlimatlara əməl etsəniz, uğur qazanacaqsınız. Hər bir sahədə çalışan bu bürcə mənsub insanlar üçün olduqca əlverişli dövr olacaq. Basketbol, güləş, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Qız
Həftə Qızlar üçün qənaətbəxş görünmür. Səhhətinizlə bağlı müəyyən problemlərin olacağı gözlənilir. Səbirli və təmkinli olmağınız tədricən hər şeyi qaydasına salacaq. Bu günlərdə hisslərinizə hakim olmağı bacarmalısınız. Bu halda bir çox mənfi məqamların qarşısını almış olacaqsınız. Həftsonu yeni tanışlarla qarşılaşacaqsınız. Onlardan maksimum dərəcədə faydalanmağa çalışın. Üzgüçülük, cüdo, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Tərəzi
Tərəzilər bu həftə qarışıq məqamlarla üzləşə bilər. Həmkarlarınızla yaxşı münasibət qurmağa çalışın. Əks halda, şəxsi münasibətlərdə mənfi dəyişikliklər yarana bilər. Bir çox qərarlar verməli olacaqsınız, lakin bunun üçün çətinlik çəkəcəksiniz. Yaxşı olar ki, ürək qızdırdığınız insanlarla atacağınız addımları bölüşəsiniz. Bu sahədə yalnız onlardan kömək gözləyin. Həftənin cümə günü intellektual əməkdaşlığınız romantik əlaqəyə çevrilə bilər. Cüdo, çövkən, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb
Bu həftə Əqrəblərin fəallığı, işləmək qabiliyyəti və özünə inam hissi kəskin şəkildə artacaq. Planlarınızı asanlıqla reallığa çevirə biləcəksiniz. Vacib biznes məsələlərinin həlli üçün əlverişli dövrdür. Yaradıcı işlərinizdə yeni fikirlər ortaya çıxacaq. Vəzifələrinizi vicdanla yerinə yetirsəniz, karyera nərdivanında yüksələ biləcəksiniz. Bir az səy göstərsəniz, şəxsi münasibətlərinizi də uyğunlaşdıra biləcəksiniz. Həftə maliyyə sahəsində də uğurlar gətirəcək. Qaçış, qılıncoynatma, güləş, velosiped, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Oxatan
Oxatanlar üçün həftə yaddaqalan izlər qoyacaq. Yaradıcı fəaliyyətinizin artırılması, eləcə də yaddaşın və intuisiyanın güclənməsi bir çox maliyyə problemlərinizi həll etməyə kömək edəcək. Bu müsbət tendensiya şəxsi həystınıza da sirayət edəcək. Bu günlərdə ailənizin hədsiz hörmətinin, bağlılığının şahidi olacaqsınız. Həmçinin, sosial əlaqələrinizin aktivləşməsi yeni faydalı tanışlıqları ortaya çıxaracaq. Voleybol, hokkey, stolüstü tennis, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Oğlaq
Oğlaqları həftə ərzində çox sevincli günlər gözləyir. Dostlarla ünsiyyət və ailə həyatı ilə bağlı ideal dövrdir. İstər ictimai, istərsə də şəxsi işlərinizlə bağlı bağlayacağınız müqavilə və ya razılaşmalar, yalnız və yalnız xeyir gətirəcək. Rəhbərliyin, nüfuzlu insanların və himayədarlarınızın, xüsusən də həmkarlarınızın maddi yardımına, dəstəyinə arxalana bilərsiniz. Güləş, stolüstü tennis, gimnastika, cüdo və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Həftə Dolçalar üçün istirahət baxımından çox əlverişlidir. Vacib sənədlər və müqavilələri imzalamağı təxirə salın. Etdiyiniz sövdələşmələr xeyrinizə işləməyəcək və tərəfdaşlarınız sizi ruhdan sala bilər. Tələsik vədlər verməyin. Əsəbilik, dalğınlıq zehni qabiliyyətlərinizi ifadə etməyə mane olur. Həftə özünüzü ifadə etmək və istedadlarınızı nümayiş etdirmək üçün əlverişsizdir. Yalnız istirahətə vaxt ayırın. Sambo, avarçəkmə, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Balıqlar
Balıqlar həftə ərzində çox ehtiyyatlı olmalıdırlar. Sevdiyiniz şəxslə münasibətlərinizə bir qədər ara verməlisiniz. Onların diqqətindən kənarda qalmağınız sizi üzə bilər. Bu halda əhval-ruhiyyənin qeyri-sabitliyi ailədəki münasibətlərə zərər verə bilər. Həftəboyu lazımsız pul israfına meylli olacaqsınız. Zövq dalınca düşmək işlərinizə mane olacaq. Çalışın hissinizin qurbanına çevrilməyəsiniz. Həftə ərzində bacardığınız qədər istirahətə vaxt ayırın. Otüstü hokkey, atçılıq, qaçış, üzgüçülük, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqası: XXVI turda "Turan Tovuz" - "İmişli", "Qarabağ" - "Karvan-Yevlax" matçları

Futbol
Bu gün, 09:00

"İmişli" - "Turan Tovuz" oyunu: XXVI tur qarşılaşması

Futbol
Bu gün, 08:40

"Real" "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakrua ilə maraqlanır

Futbol
Bu gün, 08:25

PSV Niderland çempionu oldu

Futbol
Bu gün, 08:08

"Bavariya" Noyerin potensial əvəzedicisi kimi Verbruggeni nəzərdən keçirir

Futbol
Bu gün, 08:08

"Barselona"nın "Atletiko" ilə oyununda itkiləri: Arauxo və Bernalın zədələri açıqlandı

Formula 1
Bu gün, 07:15

Red Bull RB22: 2026-cı il mövsümündə çəki limiti problemi

Futbol
Bu gün, 06:13

"Bayern" - "Real" oyunu: Harri Keyn meydana çıxacaqmı?

Futbol
Bu gün, 05:48

Bernardo Silva "Mançester Siti"dən ayrılır

Futbol
Bu gün, 05:20

PSV Çempionluğu Bitməyə Beş Tur Qalmış Təmin Etdi

Futbol
Bu gün, 04:29

"Real" Rüdigerlə müqaviləni uzadır

Futbol
Bu gün, 03:31

Klinsmanndan İtaliya futboluna tənqid: Gənclərə etimadsızlıq və müdafiəyə meyilli taktika

Futbol
Bu gün, 02:20

Tyeri Anrinin karyerası bitməsinə baxmayaraq, gəlirləri bir çox ulduz futbolçunu geridə qoyur

Boks
Bu gün, 01:49

Dana Uayt UFC döyüşçülərinin müqavilə danışıqlarından uzaqlaşdığını açıqladı

Futbol
Bu gün, 01:32

La Liqa: "Alaves" son dəqiqə qolu ilə heç-heçəyə nail oldu, "Valensiya" məğlub oldu

Futbol
Bu gün, 01:19

Dani Olmo Səudiyyə Ərəbistanının milyonluq təklifini rədd edərək "Barselona"da qalıb

Futbol
Bu gün, 01:10

Liqa 1: "Monako" "Marsel" üzərində qələbə qazandı, digər oyunlarda heç-heçə qeydə alındı

Futbol
Bu gün, 00:58

"İnter" "Roma"nı darmadağın etdi: 5-2

Futbol
Bu gün, 00:55

"İnter" "Roma"nı darmadağın etdi: Seriya A-da 5:2 hesablı qələbə

Futbol
Bu gün, 00:45

İngiltərə Kuboku 2025/2026: Yarımfinal Cütlükləri Müəyyənləşdi

Basketbol
Bu gün, 00:26

"Çikaqo Bullz"da baş məşqçi dəyişikliyi: Ues Anseld namizəd kimi

Futbol
Bu gün, 00:17

Saşa İliçin istefası: Qərar rəhbərliyin ixtiyarındadır

Futbol
Dünən, 23:59

"Fənərbağça" - "Beşiktaş" derbisində "Beşiktaş" azarkeşləri arasında dava: Səbəbi məlum deyil

Boks
Dünən, 23:57

"Böyük İpək Yolu": Azərbaycan boksçuları yarımfinalda 19 yerə sahib çıxdı!

Oxşar xəbərlər