top
İdman bürcü - Astroloji PROQNOZ: 12-18 avqust İdman.biz
11 avqust 2024, 10:34
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 12-18 avqust

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçlara təmkin nümayiş etdirmək tövsiyə olunur. Romantik hissləriniz güclənəcək. Sevgidə müsbət nəticə əldə etmək istəyirsinizsə, bazar gününə qədər gözləməlisiniz. Maddi durumunuzun yüksələcəyi gözlənilir. Sağlamlığınıza ciddi fikir verin. Atçılıq, üzgüçülük, voleybol, otüstü hokkey və qaçış növlərində uğurlar gözləniləndir.

Buğa
Bu həftə Buğalar üçün ən ahəngdar günün cümə olacağı vəd edilir. Şəxsi həyatınızda ən maraqlı xəbərləri bazar günü alacağınız ehtimal edilir. Məhz həftənin son günü mühüm xəbərlər gələ bilər və ya açar sözlər eşidə bilərsiniz. Maliyyə sahəsində uğur qazanmağınız səbirli davranışınızdan asılı olacaq. Tennis, basketbol, həndbol, cüdo, sambo və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Əkizlər
Bu həftə ətrafınıza diqqət yetirin. Ən əsası panikaya düşməyin, rəqabət aparmayın və özünüzü heç kimlə müqayisə etməyin. Çərşənbə günü maliyyə məsələlərində diqqətli olun, planlaşdırdığınızdan çox xərcləməli ola bilərsiniz. Cümə axşamı həmfikir insanlarla ünsiyyət üçün idealdır. Onlarla birgə layihələri, gələcək məqsədlərinizi müzakirə edə bilərsiniz. Həftə sonu uşaqlarınıza diqqət yetirin, onlara edəcəyiniz dəstəyinizin böyük önəmi olacaq. Boks, stolüstü tennis, gimnastika, karate, cüdo və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Xərçəng
Bu həftə Xərçənglər üçün sakit ünsiyyət qurmağa mane olan müdaxilələrlə qarşılaşma riski var. Hər bir addımı atarkən, tələskənliyə yol verməyin. Bu, planlarınızın uğursuzluğuna gətirib çıxara bilər. Ətrafdakılarla ünsiyyət qurarkən çətinliklərlə üzləşmə ehtimalı mümkündür. Bacardığınız qədər əsəblərinizi qorumağa çalışın. Güləş, gimnastika, üzgüçülük futbol, cüdo və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Şir
Bu həftə Şirlər üçün çox qarışıq olacaq. Həftənin ilk günlərində həmkarlarınızın çoxsaylı sualları rahatlığınızı pozacaq. Hökmən səbirli və nizam-intizamlı olmağınız tövsiyə edilir. Bu, ümumi vəziyyətinizi sakitləşdirməyə kömək edəcək. Həftənin ikinci yarısında gündəlik problemlərin həlli çox vaxt tələb etməyəcək. Bu baxımdan daha çox düşünməyə vadar olacaqsınız. Güləş, karate, basketbol, futzal və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Qız
Həftə ərzində Qızlar bəzi xoşagəlməz hallarla qarşılaşa bilər. Bununla yanaşı, yeni maraqlı insanlarla tanışlıq gözlənilir. Hər şeyə soyuqqanlı düşüncə ilə yanaşın. Bu halda çətin vəziyyət həll olunacaq. Cümə axşamı işdə çətinliklərlə üzləşə bilərsiniz. Həftə sonu mütləq istirahətə vaxt ayırın. Dincəlmək sizin üçün həyati əhəmiyyət kəsb edir. Futbol, güləş, üzgüçülük, karate, boks və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Tərəzi
Bu həftə Tərəzilər daha cəsarətli olacaqlar. Köklü dəyişikliklərə başlamaq məsləhət görülür. İstər rəhbərliklə karyera barədə danışmaq, mənzilinizi təmir etmək, istərsə də kimisə görüşə çağırmaq və s. - nəyə başlasanız, israrlı olun və uğur zəmanətlidir. Çərşənbə işlə bağlı əlverişli gündür. Cümə günü yaxınlarınıza baş çəkməyi planlaşdırın. Aavarçəkmə, atıcılıq, qaçış, qılıncoynatma, güləş və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Əqrəb
Həftə Əqrəblər üçün qalmaqallı keçə bilər. İlk addımı həftənin ilk günü partnyorunuzdan gözləyin. Ola bilsin ki, iş fəaliyyətinizlə bağlı ailə məsələlərini tamamilə unutmusunuz. Çərşənbə axşamı gözlənilməz gəlir mənbəyi əldə edə bilərsiniz. Həftənin ikinci yarısında yoluxucu xəstəliklərə tutulma riski yüksəkdir. Bazar günü istirahətə vaxt ayırın. Yaşıllıqda gəzmək faydalı olacaq. Şahmat, boks, futbol, cüdo, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Oxatan
Oxatanlar üçün riskli həftə başlayır. Hər şeylə maraqlanacaqsınız və buna görə də münaqişəyə cəlb olunmaq ehtimalı böyükdür. Daha təmkinli olun və hər hansı bir fikir irəli sürməzdən əvvəl düşünün. Çərşənbə axşamı gələcəyə təsir edə biləcək inanılmaz vacib xəbərlər alacaqsınız. Yaxınlarınızdan birinin həqiqətən köməyinizə və dəstəyinizə ehtiyacı olacaq. Həftə sonu müalicəyə başlamaq üçün əlverişlidir. Hokkey, həndbol, voleybol, stolüstü tennis və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Oğlaq
Oğlaqlar həftəni son dərəcə təmkinli keçirməlidir. Riskli sövdələşmələrə razılaşmağa tələsməyin. Kömək və ya məsləhət istəməkdən utanmayın. Bazar ertəsi müsbət münasibətinizi sarsıda biləcək xəbərlər eşidəcəksiniz. Hisslərinizi nəzarət altında saxlayın və hər şey nəticə verəcək. Yaxın gələcək üçün tətil planlaşdırın. Maddi gəlirinizin artacağı gözlənilir. Voleybol, güləş, həndbol, basketbol, futzal, və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Dolça
Dolçalar üçün həftənin qarışıq olacağı ehtimal edilir. Çalışın, həmkarlarla və rəhbərlərlə mübahisə etməyin. Bazar ertəsi ofis işləriniz üçün münasib vaxtdır. Cümə axşamı uzun müddət gözlədiyiniz iş həllini tapacaq. Cümə günü maliyyə məsələlərinə diqqət yetirin. Bu, böyük alış-veriş etməyə və ya qısa bir səfərə çıxmağa imkan verəcək. Çövkən, güləş, atletika, avarçəkmə, atıcılıq və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Balıqlar
Bu həftə Balıqların gələcək aylar üçün planlar qurması münasibdir. Ümumiyyətlə, həftə bir çox sahədə uğurlu başlanğıclar dövrüdür. Rəhbərliyin, dostların və qohumların köməyi və məsləhətindən imtina etməyin. Özünüzlə dürüst olun və tam olaraq nə istədiyinizi aydın şəkildə müəyyənləşdirməyə çalışın. Cümə axşamı ətrafınızdakılar rahatlığınızı pozmağa çalışacaq. Lakin intuisiyanıza inamınız bunun qarşısını alacaq. Gimnastika, güləş, avarçəkmə və sambo növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Dünən, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Dünən, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Dünən, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Dünən, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Dünən, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Oxşar xəbərlər