top
Gimnaziada sınağı və ya Bəhreyn üçün böyük planlar İdman.biz
23 oktyabr 2024, 15:50
- ↺ +

Gimnaziada sınağı və ya Bəhreyn üçün böyük planlar

Azərbaycan komandası gimnaziadada çıxışa hazırlaşır. 16 yaşdan 18 yaşa kimi olan məktəblilər arasında olan bu böyük yarışı olimpiadaya da bənzətmək mümkündür. Bəhreyndə idmançılarımız yüksək nəticələrə kökləniblər.

İdman.biz xəbər verir ki, multiforum bir neçə ildən bir təşkil edilir və Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşəbbüsü ilə keçirilir.

Gimnaziadanın tarixi 1974-cü ildə Almaniyanın Visbaden şəhərində başlayıb. Sonra Avropa ölkələri 1990-cı ilə kimi iki ildən bir bu yarışları keçiriblər. Brügge-1990-dan sonra gimnaziadanı daha az - üç-dörd ildə bir dəfə keçirmək qərarına gəliblər. 21-ci əsrdə yarışları təşkil etməkdə qeyri-Avropa ölkələri daha çox fəallıq göstərirlər, məsələn, Qətər, Braziliya, Mərakeş. Keçirdiyi gimnaziadaların sayına görə Fransa aşkar fərqlə liderdir (5 dəfə), elə son multiforumu da 2022-ci ildə təşkil edib - məktəblilər Normandiyada qonaq olublar. Orada 64 ölkədən 3600 gənc idmançı mübarizə aparsa da, Bəhreyndə bu rəqəmlər daha böyük olacaq. Manamada 71 ölkədən 3687 məktəbli çıxış edəcək. Eyni zamanda, Azərbaycan millisi iştirakçıların sayına (160 nəfər) görə beşinci, nümayəndə heyəti tərkibinə (244 nəfər) görə isə dördüncüdür. Yarış təşkilatçıları liderdir (385 idmançı), Braziliya (246), Səudiyyə Ərəbistanı (243) və Hindistan (167) ilk dördlükdə yer alıblar.

Yarış proqramına oxatma, atletika, badminton, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, qılıncoynatma, idman və bədii gimnastika, aerobika, cüdo, taekvondo, tennis, karate, güləş, həndbol, rəqs idmanı, stolüstü tennis, səmti müəyyənetmə, üzgüçülük, padel, həmçinin paralimpiya atletikası, üzgüçülük, cüdo və badminton daxildir.

Manamada iştirakçılar 14 məkanda yarışacaqlar və sabah açılış mərasimi olacaq. Azərbaycan komandası ən yüksək yerləri tuta bilər və ilk növbədə, ənənəvi olaraq güləş, boks, taekvondo, cüdodan medallar gözləmək olar. İdmançılarımız gimnastika növləri, şahmat və digər idman növləri, o cümlədən qılıncoynatmada da fəxri kürsüyə qalxmaq uğrunda mübarizə aparmaq şansına malikdirlər. Cüdo, atletika və üzgüçülükdə ənənələri nəzərə alaraq, paralimpiyaçıları da qeyd etmək yerinə düşər.

Yarış proqramı çox zəngin olacağını vəd edir və 27 oktyabr mədəni tanışlıq günü olacaq. Gimnaziadanın bağlanış mərasimi üç gün sonra - oktyabrın 30-a təyin edilib.

Multiforum məktəblilər üçün əla tədbir olacaq və onlar dünyanın müxtəlif yerlərindən olan həmyaşıdları ilə yarışmaq imkanı əldə edəcəklər.

Gimnaziadanın əsas ideyası tələbələrin fiziki, intellektual, əxlaqi və sosial-mədəni inkişafı, eləcə də müxtəlif ölkələrdən olan məktəblilər arasında beynəlxalq əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsidir.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Oxşar xəbərlər