Gədəbəy rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə veloyürüş təşkil olunub.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, yürüş Söyüdlü kəndindən başlayaraq Şəhidlər xiyabanına qədər davam edib.
Tədbirdə əksəriyyəti gənclərdən ibarət 50-yə yaxın şəxs iştirak edib.
Veloyürüşün keçirilməsində məqsəd Zəfər Gününün əhəmiyyətini gənc nəslə aşılamaq, vətənpərvərlik ruhunu gücləndirmək və velosiped idmanını təbliğ etmək olub.