Gənclər və idman naziri Fərid Qayıbov Dünya Şaquli Qaçış Assosiasiyasının prezidenti Daniel Cecetka ilə görüşüb.
"Report" GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı şaquli qaçış idman proqramının ölkəmizdə inkişafı, bu sahədə görülən işlər və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Həmçinin gənclərin bu idman növünə cəlb olunması istiqamətində birgə tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Bu gün baş tutan görüşdə "Triterra" Triatlon Klubunun təsisçisi Rüfət Həsənov da iştirak edib.