top
Fərid Qayıbov: Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də... Sport24.az
05 oktyabr 2024, 13:40
- ↺ +

Fərid Qayıbov: "Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də..."

"Yayla payızın qovuşduğu sentyabr həm gənclər sahəsində, həm də idmanda nailiyyət və yeniliklərlə zəngin oldu". Sport24.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayını dəyərləndirərkən deyib.

 

O, "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, ötən ay infrastrukturun inkişafı baxımından xüsusilə qürurverici olub: "Bildiyiniz kimi, işğaldan azad edilmiş və əhalinin məskunlaşdığı bölgələrdə "Böyük qayıdışın" təmin edilməsi yolunda dövlətimizin həyata keçirdiyi layihələr arasında əhalinin sağlamlığı da prioritetliyini qoruyur. Dövlətimizin başçısı cənab İlham Əliyev Ağdam şəhərində "İmarət" stadionunun təməlini qoydu. Stadionun istifadəyə verilməsi bölgədə idmanın inkişafı, eləcə də yerli və beynəlxalq yarışların keçirilməsi üçün əlverişli şərait yaradacaq. Olimpiyaçılarımızın Paris zəfərini uğurla davam etdirən paralimpiyaçılarımız Fransanın paytaxtından effektiv nəticə ilə döndülər. 7 idman növü üzrə 18 idmançımız dördü qızıl olmaqla, 11 medal qazanaraq 168 ölkə arasında 28-ci, Avropa ölkələri arasında 13-cü oldu. Fikrimcə, paralimpiyaçılarımızın qazandıqları uğurlar əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə də böyük təkan verəcək".

 

Nazir qeyd edib ki, tarixi qələbə qazananlar sırasında bu dəfə akrobatika gimnastlarımız da yer alıblar: "Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü oldular. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazandı. Kişi qrupumuzun temp hərəkətlərində bürünc medalı da tarixin ilklərindən oldu. Daha bir ilk isə İtaliyada keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüyümüzün gümüş medalı oldu. İdmançılarımızı uğurları münasibətilə təbrik edirəm".

 

Qayıbov sentyabrda da ölkəmizin bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb: "Formula 1 Qran-Prisi artıq 8-ci dəfə Azərbaycanda yüksək səviyyədə təşkil edildi. Formula 1-də azarkeş sayı ilbəil artmaqdadır. Bu il də bütün biletlərin satılması yeni bir rekord kimi Formula 1 Azərbaycan tarixinə yazıldı. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq həndbol turniri, padel tennisi üzrə "Sea Breeze Cup IV" beynəlxalq turniri, yelkən üzrə "SFA Federasiya Kuboku 2024", Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialı və digər yarışların keçirilməsi sağlam həyat tərzinin inkişafı, ölkəmizin müasirləşməsi, idman növlərinin inkişaf etməsi baxımından faydalıdır. "İdman Paytaxtı"mız Quba şəhəri 12 yaşadək futbolçular arasında "Ulduz Cup" ilk beynəlxalq turniri ilə də yadda qaldı. 5 ölkədən 8 komandanın mübarizə apardığı yarışda "Ulduz" Futbol Akademiyası yetirmələrinin gümüş medal qazanması isə görülən işlərin ilk bəhrəsidir. İnanıram ki, belə yarışların keçirilməsi ölkəmizdə uşaq futbolunun inkişafına dəstək olacaq, uşaqlarda idmana sevgi və marağın aşılanmasında mühüm rol oynayacaq. Gənclər və İdman Nazirliyi "Sağlam həyat" layihəsini uğurla davam etdirir. Hər kəsin idmanla məşğul olmasına nail olmaq əsas məqsədlərimizdən biridir. Bu günlərdə "Sağlam həyat" maşını istifadəyə verildi. Səyyar maşın regionlarda, eləcə də idman qurğularının olmadığı məkanlarda əhalinin idmanla məşğul olmasına şərait yarada biləcək. Dövlət qurumları arasında müxtəlif növlər üzrə keçirdiyimiz turnirlər sentyabrda da davam etdi. Bu cür yarışların keçirilməsi insanlar arasında idmanın kütləviliyini artırmaq və sağlam həyat tərzinin təbliği baxımından faydalıdır".

 

Qayıb bildirib ki, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondeli və Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouran ilə görüşlərimdə idman növlərinin inkişafı istiqamətində görülən işlər, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər: "Konqonun idman və istirahət naziri Didye Budimbu Ntubuanqa ilə görüşümdə isə idman əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, əməkdaşlığa dair Anlaşma Memorandumu da imzaladıq. Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərim zamanı V Dünya Köçəri Oyunlarının bəzi yarışlarını izləmək imkanım da oldu. Bir sıra ölkələrdən olan həmkarlarımla ikitərəfli görüşlər keçirdim. Həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) gənclər və idman nazirlərinin səkkizinci iclasında çıxış etdim. İnanıram ki, bu cür tədbirlərin keçirilməsi gələcəkdə türk dövlətləri ilə gənclər və idman sahələrində əməkdaşlığın daha da möhkəmlənməsi baxımından çox vacibdir. UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası (COP9) Bürosunun vitse-prezidenti olaraq Hindistanın Yeni Dehli şəhərində keçirilən COP9 Bürosu və Təsdiq Komitəsi üzvlərinin birgə iclasında iştirak etdim. Hindistanın gənclərlə iş və idman naziri Mansux Mandaviya, gənclərlə iş və idman üzrə dövlət naziri Rakşa Nikhil Xadse ilə görüşdə həm gənclər, həm də idman sahəsində iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. "Antidopinqdə inklüziv landşaftın yaradılması" beynəlxalq konfransında, həmçinin İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının IX Sessiyası Bürosunun ikinci rəsmi iclasında iştirak etdim".

 

Nazirin sözlərinə görə, hər ay keçirdikləri ənənəvi görüşlər bu ay da davam edib: "Nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş idmançılarımız və onların məşqçiləri ilə görüşümüzdə idmançılarımızla qazandıqları qələbələrindən, yarışlara hazırlıq prosesindən danışdıq. Parisdə uğur qazanan paralimpiyaçılarımızla da ayrıca görüşümüz oldu. Eləcə də minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi "Birbaşa Bakı" komandasının üzvləri ilə görüşdük. Ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş bütün idmançıları bir daha təbrik edirəm. Qazanılan uğurlar günbəgün artsa da, bizi arxayın etmir. Əksinə sabaha daha da məsuliyyətlə baxmağa sövq edir. Aparılan islahatlar qazandığımız uğurların bazası olmaqla yanaşı, gələcək perspektivlərin də yolunu açmalıdır. Buna görə də, yeni hədəflərə çatmaq üçün strategiyamız əsas yol xəritəmizə çevrilməlidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər