top
Fərid Qayıbov: “Qazanılan hər bir nailiyyəti yeni inkişafın açarı hesab etmək olar” İdman.biz
04 noyabr 2024, 09:34
- ↺ +

Fərid Qayıbov: “Qazanılan hər bir nailiyyəti yeni inkişafın açarı hesab etmək olar”

"İlin daha bir ayı ölkəmiz üçün uğurlu tarixə çevrildi. Həm gənclərimizin istedadı və yaradıcılığı, həm də idmançılarımızın enerjisi və qələbə əzmi bu uğurun bir hissəsi oldu".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov oktyabr ayını dəyərləndirərkən deyib.

O, "Nazirin Nöqteyi-Nəzəri"ndə bildirib ki, ötən ay təşkilatçılıq imkanlarını çoxdan dünyaya sübut etmiş ölkəmiz növbəti ilkə nail olaraq, "TeamGym" üzrə Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib: "Maraqlı anlara təkcə yarış meydanında deyil, tribunalarda da şahidlik etdik. Çempionat bir sıra Avropa ölkələrindən Bakıya çox sayda azarkeş axınına səbəb oldu. Danimarka, İsveç, Norveç, İslandiya, Böyük Britaniyadan gəlmiş azarkeş dəstələri açılış mərasimində və yarış günlərində Milli Gimnastika Arenasının tribunalarında fasiləsiz dəstəkləri ilə inanılmaz ab-hava yaratdılar. Bunun üçün federasiya və klublar bu istiqamətdə idman marketinqini qurmaqla, azarkeşlərin idman zallarına cəlb edilməsi və sonadək tribunalarda qalması üçün maraqlı əyləncə proqramları tərtib edə bilərlər. "TeamGym" üçün ölkəmizə gəlmiş bir çox ölkələrin federasiya nümayəndələri Füzulidə ilk dəfə startı verilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin də qonağı oldular. İki müxtəlif idman növünün təmsilçiləri doğma Qarabağımızda bir araya gəldilər - idman onları Qarabağda birləşdirdi. Yüksək təşkilatçılığa görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm".

Nazir beynəlxalq qurumların rəhbərləri ilə görüşlərini də xatırladıb: "İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) baş direktoru Zehra Zümrüd Selçuk, Dünya Etnoidman Konfederasiyasının baş katibi Əbdülhalim Aksu və Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti Requla Meyer ilə görüşlərimizdə qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etdik. Bu ay həmçinin ölkəmizdə səfərdə olan professor İrfan Gündüz və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşümüz oldu. Görüşdə idman sahəsində ikitərəfli əlaqələr, uşaq futbolunun inkişafı barədə danışdıq. Nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş Türkiyə əsilli dünya çempionu Mesud Özilin Bakıda "Ulduz" Futbol Akademiyasında və "Qarabağ" Futbol Klubunda uşaq futbolçularla görüşü, onların məşqlərini izləməsi motivasiya baxımından çox maraqlı oldu".

Qayıbov yunan-Roma güləşçilərimizin 3 qızıl medalla dünya çempionu olmalarını, komandanın üzvü Eldəniz Əzizlinin 4-cü dəfə dünya çempionluğunun sevindirici olduğunu da vurğulayıb: "İdman tariximizdə ilk dəfə olaraq qadın güləşçimizin – Jalə Əliyevanın 23 yaşadək idmançılar arasında dünya çempionluğu, atıcılıq üzrə gənclər arasında dünya çempionatında İmran Qarayevin qızıl medal qazanması, idman gimnastikası üzrə "Challenge" seriyasına aid FIG Dünya Kubokunda Nikita Simonovun, Böyük Dəbilqə turnirində cüdoçumuz Zelim Tçkayevin qızıl medalları və digər uğurlar oktyabr uğurlarının bir hissəsidir. Dünya birinciliyində gənc boksçularımızın uğurlu çıxışları da sabaha olan inamı möhkəmləndirdi. Komanda oyun idman növlərində də "Azərreyl"in çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi olması, region komandası olan Mingəçevir "Kür"ünün kişi həndbolçular arasında Avropa Kubokunun 3-cü mərhələsinə yüksəlməsi də nailiyyətdir. Dünya birinciliyində gənc boksçularımızın uğurlu çıxışları da sabaha olan inamı möhkəmləndirdi. Gənclərdən ibarət milli komandamız ilk dəfədir ki, yalnız bir dünya çempionatında 5 medal qazanmağı bacardı. Bütün idmançılarımızı uğurları münasibətilə təbrik edirəm. Ölkəmizi uğurla təmsil etmiş idmançılarımız və onların məşqçiləri ilə görüş ənənəsini oktyabrda da davam etdirdik. Qalib idmançılarımızın qələbə həyəcanlarını dinlədik, onların yarışlara hazırlıq prosesindən danışdıq".

Qayıbov bildirib ki, nazirliyin əhali tərəfindən maraqla qarşılanan yeni layihəsi - səyyar "Sağlam həyat" avtomobili bu ay bölgələrə istiqamət alıb: "Regionlarda əhalinin sağlam həyat tərzinə cəlb olunması məqsədilə keçirilən bu layihə Gəncə-Daşkəsən, Qazax-Tovuz regionlarında oldu. Növbəti aylarda səyyar avtomobil ölkənin digər bölgələrinə də səfər alacaq. "İdman paytaxtı"mız Qubada isə bu dəfə Avropa İdman Həftəsi təşkil edildi. İnanıram ki, bu cür tədbirlərin təşkilinin regionlarda idman növlərinin inkişaf etdirilməsində böyük rolu olacaq. Beləliklə, qazanılan hər bir nailiyyəti yeni inkişafın açarı hesab etmək olar. Bunun üçün hədəfin düzgün seçilməsi və təcrübə vacibdir. Gənclərimizin və idmançılarımızın tarixi uğurları işlərin düzgün istiqamətdə aparıldığını göstərir və sabaha inamla baxmağa əsas verir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər