top
Fərid Qayıbov Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançı və məşqçi heyəti ilə görüşüb İdman.biz
16 sentyabr 2024, 20:28
- ↺ +

Fərid Qayıbov Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançı və məşqçi heyəti ilə görüşüb

Sentyabrın 16-da gənclər və idman naziri Fərid Qayıbov Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş milli komandanın idmançı və məşqçi heyəti ilə görüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüşdə nazir Fərid Qayıbov idmançıları əldə olunan nailiyyətlər münasibətilə təbrik edib.

Nazir çıxışında Azərbaycan xalqının paralimpiyaçılarımızla qürur duyduğunu və onların qazandıqları uğurların əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə təkan verəcəyinə inandığını vurğulayıb. Görüşdə Parisdə medal qazanmış paralimpiyaçılarımızın çıxışlarının ən maraqlı anlarını əks etdirən videoçarx nümayiş edilib. Sonra nazir müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin Prezidenti Hidayət Abdullayev və komitənin vitse-prezidenti, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək qazanılmış nəticələrlə bağlı milli komandanı təbrik edib, növbəti Paralimpiya Oyunlarında uğurlar arzulayıblar.

Tədbir idmançılarla səmimi söhbət şəraitində davam edib. Görüşdə dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən paralimpiyaçılarımıza daimi dövlət dəstəyi göstərildiyi və bu qayğı nəticəsində komandamızın Parisdə uğurla çıxış etdiyi vurğulanıb.

Qeyd edək ki, Parisə 18 nəfərlə yollanan komandamız 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medal qazanıb. Paralimpiyaçılarımızdan İmaməddin Xəlilov, Sabir Zeynalov (hər ikisi parataekvondo), Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov (hər üçü paraatletika), İlham Zəkiyev, Dürsədəf Kərimova, Xatirə İsmiyeva (hər üçü paracüdo), Vəli İsrafilov, Könül Süleymanova (hər ikisi paraüzgüçülük), Kamran Zeynalov (paraatıcılıq) çıxış edərək, öz təəssüratlarını bölüşüblər. 2028-ci ildə Los-Ancelesdə keçiriləcək XVIII Yay Paralimpiya Oyunlarında daha da uğurla çıxış etmək üçün çalışacaqlarını bildiriblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Oxşar xəbərlər