top
Fərid Qayıbov: “Növbəti Olimpiadada bu tendensiya aradan qalxacaq” İdman.biz
24 avqust 2024, 12:17
- ↺ +

Fərid Qayıbov: “Növbəti Olimpiadada bu tendensiya aradan qalxacaq”

"Avqust ayı Paris-2024 Yay Olimpiya Oyunları ilə yadda qaldı".

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir Paris-2024 Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kamandan oxatan Yaylagül Ramazanovanın çıxışını dəyərləndirib: "Olimpiadada ilk dəfə 15 idman növündə təmsil olunduq. Çox sevinirik ki, bu idman növlərindən biri də kamandan oxatma idi. Azərbaycan idmançısı Yaylagül Ramazanova bizi layiqincə bu yarışda təmsil etdi. İnanıram ki, bundan sonra çox uşaqlar Yaylagülə baxaraq bu idman növünə üz tutacaqlar".

Onun sözlərinə görə, kamandan oxatma üzrə keçirilən ölkə birinciliyi və çempionatında təşkilatçılıq yüksək səviyyədədir: "İstərdim ki, bu idman növü üzrə beynəlxalq yarışlar keçirilsin. Bu da olacaq. İdmançılarımızın bu idman növü üzrə sayının artması da bizim üçün önəmlidir. Növbəti Olimpiya Oyunlarında çox sayda kamandan oxatanımız bizi təmsil etsinlər. Nazirliyin yaranmasının 30 illiyi ilə bağlı bir çox tədbirlər keçirmişik. Bununla bağlı müxtəlif federasiyalar yarışlar və tədbirlər də təşkil ediblər".

Nazir bildirib ki, ölkəmizdə bütün idman növlərinə dövlət qayğısı göstərilir, inkişafı istiqamətində müəyyən işlər görülür: "Bu gün biz bütün idman növlərində medal qazana bilmərik. Elə idman növləri var ki, hələ inkişaf etdirilməlidir. Bunun üçün də xaricdən məşqçilər və idmançılar dəvət olunur. Bəzi idman növlərimizdə isə sırf yerli idmançılar ölkəmizi təmsil edir. Biz də istəyirik ki, yerli idmançılarımızın sayı artsın və mötəbər yarışlarda Azərbaycanı yüksək səviyyədə təmsil etməyi bacarsınlar. Bunun üçün də federasiyalarda işlər görülür. Məsələn, batut Azərbaycanda 2014-cü ildən inkişaf etdirilməyə başlayıb və daha öncə olmayıb. Amma bu 10 ildə idmançımız yetişib, Olimpiya Oyunlarında bizi təmsil edib. Bunların hamısını genişləndirəcəyik və 2028-ci ildə keçiriləcək Olimpiadada bu tendensiya aradan qalxacaq. Federasiyalarla bərabər çalışırıq. Nəticəni yalnız bu cür əldə etmək olar. Mütəmadi olaraq bizim qurumlarla görüşlərimiz keçirilir və nazirliyin idman strategiyasına uyğun məsələlər müzakirə edilir".

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki transfer etməyi planlaşdırır

Digər
Bu gün, 17:36

İoannis Diamantakos: “Əsas hədəfimiz təcrübə toplamaqdır”

Digər
Bu gün, 17:30

“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Oxşar xəbərlər