Gənclər arasında keçirilən dünya çempionatında yıxılaraq kəllə-beyin travması alan isveçrəli velosipedçi Muriel Furre dünyasını dəyişib. Sport24.az xəbər verir ki, 18 yaşlı idmançının ağır vəziyyətdə xəstəxanaya çatdırılmağına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İsveçrənin Sürix şəhərində keçirilən mundial sentyabrın 29-da başa çatacaq.