Azərbaycan Perunun paytaxtı Limada keçirilən dünya çempionatında ilk medalını qazanıb.
İdman.biz xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət millimiz komandalar arasında keçirilən yarışda fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Onlar 10 m məsafəyə pnevmatik tapançadan atəş yarışının final görüşündə yalnız Hindistan komandasından geri qalaraq gümüş medala layiq görülüblər.
İdman.biz