Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında 9 ölkənin iştirakı təsdiqlənib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Çövkən Federasiyasından bildirilib.
Yarışda təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
10 komandanın qatılacağı turnirdə növbəti kollektiv ya Avstraliya, ya da Şimali Amerika regionundan olacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Bakı Atçılıq Mərkəzində keçiriləcək.