Rusiyalı UFC döyüşçüsü Sergey Pavloviç qeyri-adi hadisə ilə üzləşib.
İdman.biz xəbər verir ki, bununla bağlı videonu idmançının özü paylaşıb.
Sergey məşq zalındakı hazırlıq zamanı "boks kisə"sinə güclü zərbə endirib. O, sağ əli vurduğu zərbədən sonra "cansız rəqib"i "nokauta salıb".
Tavandan asılan məşq əşyası qırılaraq yerə düşüb. Pavloviç paylaşıma "hazırlıq davam edir" ifadəsini yerləşdirib.
Qeyd edək ki, Sergey növbəti döyüşünü 2025-ci il fevralın 1-də keçirəcək. Surinamlı Jairzinyo ilə qarşılaşma Səudiyyə Ərəbistanındakı UFC turnirində baş tutacaq.
İdman.biz