Portuqaliyanın "Famalikan" klubunun braziliyalı futbolçusu Riççelinin Rusiya Premyer Liqasına (RPL) keçidi qadağan edilib.
Lent.az-ın xarici KİV=ə istinadən məlumatına görə, klubun sahibi olan israilli milyarder iş adamı İdan Ofer futbolçunun Rusiyaya transferinə öz mühakimələrinə görə veto qoyub. Qeyd olunur ki, braziliyalıya üç klub maraq göstərirdi: Moskva vilayətinin "Ximki", paytaxtın OMİK və Kazan "Rubin"ni.
25 yaşlı Riççelli 2019-cu ildən "Famalikan" klubunda çıxış edir. Onun Portuqaliya komandası ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.