top
BOK rəhbərliyinə 7 namizəd Sport24.az
17 sentyabr 2024, 16:50
- ↺ +

BOK rəhbərliyinə 7 namizəd

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax keçən ay Paris Olimpiadası zamanı bəyan etmişdi ki, gələn il ikinci müddətinin sonunda vəzifəsini tərk etmək niyyətindədir. Sport24.az xarici mənbələrə istinadən xəbər verir ki, hazırda BOK-un rəhbəri vəzifəsinə 7 namizəd təsdiqlənib: ispaniyalı Juan Antonio Samaranç (oğul), fransalı David Lappartien, zimbabveli Kirsti Koventri, yapon Morinari Vatanabe, isveçli Yohan Elias, britaniyalı Sebastian Koe və İordaniya şahzadəsi Feysəl əl-Hüseyn.

 

Üzgüçülük üzrə yeddiqat Olimpiya mükafatçısı Koventri BOK-a rəhbərlik edəcək ilk qadın və afrikalı olmaq istəyir. 2013-cü ildən bu vəzifəni alman hüquqşünas Bax tutur.

 

BOK-un yeni prezidenti 2025-ci il martın 18-21-də Qədim Olimpiadada keçiriləcək sessiyada seçiləcək və həmin ilin iyununda vəzifəsinin icrasına başlayacaq.

 

Namizədlər gələn ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində baş tutacaq qapalı iclasda BOK-un bütün üzvlərinə təqdimatlarla çıxış edəcəklər.
BOK-un bütün prezidentləri kişi olub, doqquz nəfərdən səkkizi Avropadan, biri isə ABŞ-dandır.

Namizədlərlə tanış olub: 

- Şahzadə Feysal əl-Hüseyn - 63 yaşı, İordaniya.
Keçmiş güləşçi və avtoyürüşçü, İordaniya Olimpiya Komitəsinin prezidenti və yüksək münaqişə zonalarında birliyi təşviq edən "Nəsillər sülh uğrunda" təşkilatının təsisçisidir.

 

- Lord Sebastian Kou - 67 yaş, Böyük Britaniya.
Orta məsafələrə məşhur qaçışçı, əvvəllər Mühafizəkarlar Partiyasından deputat olub, sonra London-2012 Olimpiadasına və Britaniya Olimpiya Assosiasiyasına rəhbərlik edib.

 

- Kirsti Koventri - 41 yaş, Zimbabve.
Afrikanın ən çox medal qazanmış olimpiyaçısı, beş Olimpiadanın iştirakçısı, öz ölkəsinin idman naziridir. O, BOK-da idmançıların nümayəndəsi olub və öz üzgüçülük akademiyasını qurub.

 

- Yohan Elias - 62 yaş, İsveç.
Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti və idman malları istehsal edən "Head" şirkətinin rəhbəridir. Böyük Britaniya hökumətində Qordon Braunun meşələrin qırılması və yaşıl enerji üzrə məsləhətçisi olub.

 

- David Lappartient, 51, Fransa.
Velosiped idmanının rəhbər orqanı - Beynəlxalq Velosipedçilər İttifaqının və Fransa Olimpiya Komitəsinin prezidenti, BOK-un kiberidman qrupunun sədridir.

 

- Xuan Antonio Samaranç (oğul) - 64 yaş, İspaniya.
BOK-un hazırkı dörd vitse-prezidentindən biridir. 2022-ci ildə Pekində keçirilən Qış Olimpiya Oyunlarının koordinasiya komissiyasına rəhbərlik edib. Mərhum atası 2001-ci ilə qədər 21 il BOK-a rəhbərlik edib.

 

- Morinari Vatanabe - 65 yaş, Yaponiya.
2017-ci ildən Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, Olimpiya Oyunlarının Təşkilat Komitəsinin icraçı şurasında çalışıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Oxşar xəbərlər