top
Binə Atçılıq Mərkəzində Zəfər Kuboku uğrunda yorğa at yarışları keçirildi Idman.biz
Bu gün, 13:35
- ↺ +

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfər Kuboku" uğrunda yorğa qaçışlarında Azərbaycanın müxtəlif bölgələrindən 80-ə yaxın iştirakçı mübarizə aparır.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının at yarışları üzrə departamentinin rəhbəri Elnarə Musayeva jurnaslitlərə açıqlamasında bildirib..

Federasiya rəsmisinin sözlərinə görə, Binə Atçılıq Mərkəzində təşkil olunan yarışda 14 kateqoriya üzrə qaliblər müəyyənləşdirilir.

"Zəfər Gününə həsr olunan möhtəşəm tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 80-ə yaxın yorğa həvəskarı toplaşıb. Yarışlar 14 kateqoriya üzrə keçirilir. Yorğa atlarının yarışları xüsusi qaydalarla təşkil olunur. Atlar startdan finişə qədər bütün məsafəni yorğa yerişi ilə qət etməlidirlər. Onların adi atlar kimi dördnala keçməsinə icazə verilmir. Bu qaydanı pozan atlara əvvəlcə xəbərdarlıq edilir, daha sonra isə yarışdan kənarlaşdırılırlar", - deyə Musayeva söyləyib.

E.Musayeva yarışa ölkənin müxtəlif bölgələrindən böyük maraq göstərildiyini vurğulayıb:

"Gördüyümüz kimi, burada gərgin və maraqlı mübarizə gedir. Şuşadan, Bakının demək olar ki, bütün kəndlərindən və ölkənin digər bölgələrindən iştirakçılar gəliblər. Bu, çox sevindirici haldır. İnanırıq ki, gələcəkdə yorğa atlarının yarışları daha da inkişaf edəcək. Federasiya olaraq bu istiqamətdə əlimizdən gələn dəstəyi göstəririk. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy ən güclüsü qalib olsun!"

Qeyd edək ki, "Zəfər Kuboku" uğrunda yarışlarda atlar 1200 metrdən 3200 metrədək müxtəlif məsafələrdə qüvvələrini sınayırlar. Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Oxşar xəbərlər