İspaniyanın Bilbao şəhərinin metro tunellərində 10 kilometrlik qeyri-adi qaçış təşkil olunub.
İdman.Biz xəbər verir ki, yarışda 200-dən çox idmançı iştirak edib və onlar metro bağlandıqdan sonra xüsusi qatarla start nöqtəsinə aparılıblar.
İştirakçılar iki marşrutdan birini seçə biliblər: 7,8 km (səkkiz stansiya) və ya 10,2 km (12 stansiya). Marşrut boyunca hündürlük fərqi 80 metr olub və hətta çayın altından keçən hissə də yer alıb.
Qaçış zamanı hər qrup iki bələdçi - metro əməkdaşı və təşkilatçı tərəfindən müşayiət olunublar.