top
Beynəlxalq turnirdə ən yaxşı hakim seçilən azərbaycanlı: “Bu mükafat mənim üçün böyük fəxrdir” İdman.biz
27 noyabr 2024, 20:24
- ↺ +

Beynəlxalq turnirdə ən yaxşı hakim seçilən azərbaycanlı: “Bu mükafat mənim üçün böyük fəxrdir”

Bu mükafat mənim üçün böyük fəxrdir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın taekvondo hakimi Aygül Abdullayeva "Bosnia Open" beynəlxalq turnirində ən yaxşı referi adına layiq görülməsi ilə bağlı danışarkən deyib.

O, il ərzində bir çox yarışlarda iştirak etdiyini, hətta apreldə keçirilən beynəlxalq turnirdə də ən yaxşı referi seçildiyini söyləyib:

"Bu il bir çox yarışlarda hakimlik etmişəm. Həmçinin apreldə Dünya Taekvondo Federasiyasının təşkil etdiyi "President Cup" beynəlxalq turnirində ən yaxşı hakim seçilmişdim. Mənim üçün böyük fəxrdir. Bu mükafatı təkcə şəxsi nailiyyət deyil, həm də Azərbaycan Taekvondo Federasiyasının hakimlərinin peşəkarlığının təsdiqi kimi dəyərləndirirəm".

Beynəlxalq dərəcəli referi turnirdə xeyli sayda təcrübəli hakimlərin iştirak etdiyini bildirib:

"Yarışda 40-dan çox hakim iştirak edirdi. Ən yaxşı hakimləri seçərkən əsasən döyüşləri ədalətli şəkildə aparmaq, çətin görüşləri səhvsiz başa vurmaq kimi meyarlara fikir verirlər. Əslində bu, aldığım ilk mükafat deyil. Daha öncə də bir sıra beynəlxalq turnirlərdə ən yaxşı hakim seçilmişəm. Bosniya və Herseqovinadakı beynəlxalq turnir Avropa və dünya taekvondo arenasında önəmli yerlərdən birini tutur. Çünki burada yüksək səviyyəli idmançılarla yanaşı, təcrübəli hakimlər iştirak edirdilər".

A.Abdullayeva bu mükafatın onun üçün əlavə motivasiya olduğunu da vurğulayıb:

"Belə bir turnirdə fəaliyyət göstərmək, yüksək səviyyəli idmançılar və təcrübəli həmkarlarla işləmək həm məsuliyyətli, həm də təcrübə idi. Əldə etdiyim uğur gələcək fəaliyyətim üçün əlavə motivasiyadır. Azərbaycanı beynəlxalq səviyyədə layiqincə təmsil etmək arzumu daha da gücləndirir. Son dövrlərdə Azərbaycan Taekvondo Federasiyası rəhbərliyi tərəfindən hakimlərimizə xüsusi diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, hakimlərimiz beynəlxalq arenada tanınır və yüksək qiymətləndirilirlər".

Qeyd edək ki, A.Abdullayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən "Bosnia Open" beynəlxalq turnirinin ən yaxşı referisi seçilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Futbol
Bu gün, 16:59

Roma, Çelsi'dən Jamie Gittens'i icarəyə götürməyə yönəldir

Futbol
Bu gün, 16:59

Milan futbolçusu Dieqo Moreyra Ronaldu nümunə hesab edir

Futbol
Bu gün, 16:43

Kocaelispor, Eyüpspor qarşısında 2:0 qələbə qazanaraq cədvəldə beşinci yerə yüksəldi

Voleybol
Bu gün, 16:38

“Turan” qadın voleybol klubu Avropa Kubokunda ikinci mövsümündə yaxşı nəticələr əldə edib - Yelizaveta Rubanın açıqlaması

Oxşar xəbərlər