top
Bədii gimnastımız: “Top-5”də yer almaq bizim üçün fəxrdir İdman.biz
13 avqust 2024, 06:59
- ↺ +

Bədii gimnastımız: “Top-5”də yer almaq bizim üçün fəxrdir"

"Biz güclü komandayıq".

İdman.biz xəbər verir ki, bunu Paris-2024 Yay Olimpiya Oyunlarında 5-ci yeri tutan qrup hərəkətləri üzrə Azərbaycan millisinin bədii gimnastı Güllü Ağalarzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.

Yarışda debüt edən idmançı bildirib ki, sonadək mübarizə aparıblar: "Top-5"də yer almaq bizim üçün fəxrdir. Bu nəticədə bütün Azərbaycan xalqının əməyi var. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın paylaşımı bizi çox xoşbəxt etdi. Çox şanslıyıq ki, o bizi daim dəstəkləyir və bu bizim üçün çox dəyərlidir. Sevinirik ki, Olimpiadada ölkəmizi layiqincə təmsil etdik".

Onun sözlərinə görə, komanda yoldaşları ilə artıq bir-birilərini göz qırpımında belə anlaya bilirlər: "Daim bir-birimizi hiss edirik. Önəmli olan məqam da budur. Bütün bu amillər bizə kompazisiya anında kömək oldu. Olimpiada böyük sürprizlərlə dolu yarışdır. Burada bizi təəccübləndirən məqam liderlərin zəif çıxış etməsi oldu".

Komandanın digər bədii gimnastı Zeynəb Hümmətova isə hər şey üçün zamana ehtiyacın olduğunu vurğulayıb: "Qazandığımız nəticə ilə artıq gücümüzü dünyaya göstərdik. Bu komanda davam etsə, məşqlərdə daha da səylə çalışsaq, növbəti Olimpiadada Azərbaycana tarixi medal gətirə bilərik. Əsas məqsədimiz öz kompazisiyalarımızı yerinə yetirməkdir. Sevirik ki, finalda istədiyimiz kimi çıxış etdik. Növbəti Olimpiaadaya az müddət qalmayıb. Bu illər ərzində nəyin necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, bədii gimnastika üzrə komandamız Parisdə ən yaxşı göstəricisini müəyyənləşdirib.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Oxşar xəbərlər