Bakıda keçirilən yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında 100 metrlik maneə zolağını qətetmə yarışlarının qalibləri və mükafatçıları müəyyənləşib.
İdman.Biz xəbər verir ki, noyabrın 5-də keçirilən yarışlarda kişilər arasında çinli Yanq Dinq Hao qızıl medal qazanıb. Rusiyalı Dmitri Qrebenşikov ikinci, belaruslu Danol Masalov isə üçüncü yeri tutub.
Qadınların mübarizəsində özbəkistanlı Maysara Yusupova birinci olub. Rusiyalı Arina Xvorstkina gümüş, onun həmyerlisi Olesya Tsenova isə bürünc medala sahib çıxıb.
Qeyd edək ki, Bakıda kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatı keçirilir.