Qadın həndbolçulardan ibarət "Azəryol" klubunun avrokubok oyunlarının təyinatları bəlli olub.
İdman.biz xəbər verir ki, Avropa kubokunda çıxış edəcək təmsilçimizin 2-ci mərhələdəki matçlarına monteneqrolular təyinat alıblar.
Ukrayna "Qaliçanka"sı ilə oktyabrın 5-də və ertəsi gün keçiriləcək qarşılaşmalarda ədaləti Stefan İvanoviç ilə Marko Vuyisiç qoruyacaqlar. Matçın EHF nümayəndəsi Levan Gelaşvili olacaq.
Qeyd edək ki, hər iki oyun Bakıdakı AHF Arenada təşkil olunacaq və saat 17:00-da başlayacaq. İlk matçda "Azəryol", cavab görüşündə Ukrayna təmsilçisi nominal meydan sahibi olacaq.
İdman.biz