Taekvondo üzrə Azərbaycan yığması Çunçonda (Koreya) keçirilən yeniyetmələr arasında dünya çempionatında ikinci mükafatı qazanıb.
İdman.biz xəbər verir ki, 73 kq-dək çəki dərəcəsində mübarizə aparan Hüseyn Xudiyev bürünc medal qazanıb.
Finalda Aliakber İbrahimini (İran) məğlub edən Cae-Von Park (Koreya) qalib olub.
Beləliklə, komandamızın hesabında artıq iki mükafat var: Vasif Səlimov (63 kq) daha əvvəl bürünc medal qazanıb.
İdman.biz