top
Azərbaycanda ilk dəfə Formula Drift Azerbaijan yarışı keçirilib İdman.biz
12 sentyabr 2024, 21:22
- ↺ +

Azərbaycanda ilk dəfə "Formula Drift Azerbaijan" yarışı keçirilib

Azərbaycanda ilk dəfə "Formula Drift Azerbaijan" yarışı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi və "Nargis" Fondunun təşkilati dəstəyi ilə iki gün ərzində "Test and Training Azerbaijan" Təlim Mərkəzində baş tutan yarışda ölkəmizin 12 pilotu iştirak edib.

Yarışın birinci günü kvalifikasiya turu olub. Bu turda Niyaz Bediyev - birinci, Rəhman Şıxəliyev – ikinci, Elvin Xudaverdiyev isə üçüncü yerə layiq görülüblər.

Yarışın növbəti günü isə "Formula Drift Azerbaijan"ın açılış mərasimi, drift avtomobillərinin paradı və pilotlarla tanışlıq olub.

Gərgin mübarizə və rəqabət şəraitində keçən yarışın qalibi Niyaz Bediyev olub. İkinci yerdə Elvin Xudaverdiyev, üçüncü yerdə isə Rəhman Şıxəliyev qərarlaşıb.

Birinci yerin sahibi 3000 AZN, ikinci yer - 2000 AZN, üçüncü yerin sahibi isə 1000 AZN dəyərində mükafatlandırılıb. Qaliblərə həmçinin kubok, medal və sertifikatlar təqdim edilib.

"Formula Drift Azerbaijan" yarışı xaricdən dəvət olunan münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Yarışla yanaşı yeni və klassik avtomobillərin sərgisi keçirilib, ziyarətçilər üçün xüsusi əyləncə zonaları təşkil olunub, tanınmış ifaçıların iştirakı ilə konsert proqramı təqdim edilib.

Yarışda "Sveza", "VTB Bank", "MG Motors", "AMSOIL Azerbaijan", "ENEOS Azerbaijan", "Shokki Mokki", "E-Point", "Berga", "Honghi Azerbaijan", "Maserati Azerbaijan", "Avatr Azerbaijan", "166/156 Daşınma Şirkəti", "Xpeng Azerbaijan", "Red Bull Azerbaijan" və "Llumar Azerbaijan" brendləri dəstəyi ilə seçilib.

Qeyd edək ki, "Formula Drift Azerbaijan" yarışı il ərzində ümümilikdə 5 mərhələdən ibarət olacaq və gələcəkdə Azərbaycan üzrə drift çempionunu müəyyən etmək üçün gözəl bir platformaya çevrilmək şansı yüksəkdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Oxşar xəbərlər