top
Azərbaycanda Ədalətli İdman Ayı - 2026 elan edildi: AMADA-nın təşəbbüsü Sport24.az
14 aprel 2026, 17:40
- ↺ +

Azərbaycanda "Ədalətli İdman Ayı - 2026" elan edildi: AMADA-nın təşəbbüsü

Ümumdünya Antidopinq Agentliyi (WADA) 2026-cı il aprelin 17-ni dünyada Ədalətli İdman Günü elan edib. Sport24.az xəbər verir ki, təmiz idman dəyərlərinə həsr olunan bu əlamətdar gün dopinqə qarşı qlobal mübarizənin gücləndirilməsi, idmançılar və idman ictimaiyyəti arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

 

WADA-nın təşəbbüsünə qoşulan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) isə 2026-cı il aprelin 15-dən mayın 15-dək olan dövrü ölkəmizdə "Ədalətli İdman Ayı" elan edib.

 

Bildirilib ki, bu il Ədalətli İdman Günü "Ədalətli yarış səndən başlayır" şüarı altında qeyd olunacaq. WADA rəqəmsal platformalarda geniş təbliğat aparılmasını tövsiyə edərək, paylaşımların #PlayTrueDay həştəqi ilə yayılmasına çağırıb.

 

"Ədalətli İdman Ayı – 2026" çərçivəsində AMADA tərəfindən sosial media kampaniyalarının təşkili, regionlarda maarifləndirici tədbirlərin keçirilməsi, təhsil müəssisələrində görüşlərin təşkil olunması və idman federasiyaları ilə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda ictimai təşviqat layihələrinin icrası da nəzərdə tutulur.

 

Qeyd edək ki, WADA 2014-cü ildən etibarən hər il aprel ayında Ədalətli İdman Gününü qeyd edir. Müxtəlif tarixlərdə keçirilən bu gün 2026-cı ildə aprelin 17-nə təsadüf edir və artıq 12 ildir ki, beynəlxalq səviyyədə geniş şəkildə qeyd olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Oxşar xəbərlər