Azərbaycan yığma komandası Gimnaziada Oyunları üçün bu gün çarter reysi ilə Bəhreynə yola düşür.
İdman.biz xəbər verir ki, Beynəlxalq Məktəb İdmanları Federasiyasının himayəsi altında keçirilən çoxnövçülük yarışı oktyabrın 23-31-də Manamada baş tutacaq. Burada 160 məktəblimiz iştirak edəcək.
Səhər saatlarından komandalar hava limanında toplaşmağa başladılar. Azərbaycanı bir çox idman növlərində - boks, güləş, taekvondo, şahmat və bir çox başqa növlər üzrə çoxsaylı komandalar təmsil edəcək.
Maraqlıdır ki, komandamız Bəhreyndə nümayəndə heyətinin sayına görə dördüncü, idmançıların sayına görə isə beşinci olacaq.
Gimnaziada bütün dünyada tələbələr üçün kiçik Olimpiya Oyunları hesab olunur.
İdman.biz