Karate (WKF) üzrə Azərbaycan milli komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib.
İdman.Biz xəbər verir ki, azyaşlı, yeniyetmə və böyük yaş qruplarından olan idmançılar üçün təşkil edilən seminarda karateçimiz bilik və təcrübəsini bölüşüb. O, məşq prosesinin vacib məqamlarına toxunaraq gənc iştirakçılara tövsiyələrini verib.
Həsənov Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə açıqlamasında seminarla bağlı təəssüratlarını bölüşüb:
"Azərbaycan karate məktəbinin təmsilçisi olaraq Astarxanda azyaşlı, yeniyetmə və böyük yaş qruplarından olan idmançılarla görüşmək, öz bilik və təcrübəmi bölüşmək mənim üçün xüsusi qürur oldu".