top
Azərbaycan bodibildinqi dünya hegemonuna çevrilir İdman.biz
04 noyabr 2024, 18:54
- ↺ +

Azərbaycan bodibildinqi dünya hegemonuna çevrilir

Azərbaycan bodibildinqçiləri Santa-Susannada (İspaniya) keçirilən Dünya kubokunda fenomenal nəticə göstərərək yeni rekordlar müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, komanda 4-ü qızıl olmaqla bir çox mükafat qazanıb və iki idmançı da mütləq çempion adına layiq görülüb.

Dünya bodibildinqinin bütün elitasını bir araya gətirən reytinq turniri bütün gözləntiləri üstələyib. Yarışın gedişi göstərdi ki, komandamız nəinki yeni səviyyəyə yüksəlib, həm də artıq hegemonluq edir.

Nəticələr də bunu sübut edir: Elnur Allahyarov (bodibildinq), Fərid Nəcəfli ("Men"s physique") mütləq çempion adına layiq görülüblər, Aşur Abdullayev yeniyetmələrin "Men"s physique" yarışında birinci yeri tutub, həmçinin Samir Məmmədli (bodibildinq) də qızıl qazanıb. Santa Susannaya dünya miqyasında tanınan qızıl komanda yollandığını deyə bilərik.

Santa-Susanna son illər bodibildinq paytaxtı kimi tanınır. Burada dünya və Avropa çempionatları, eləcə də nüfuzlu reytinq turnirləri keçirilir. May ayında Barselona ətrafında yerləşən kurort şəhərciyində qitə çempionatı keçirilib. O vaxt komandamız ümumilikdə 7 qızıl, 6 gümüş, 6 bürünc mükafat qazanaraq, dörd mütləq çempionluq qazanıb. Bundan əlavə, komanda ümumi bodibildinq hesabında birinci olub.

Rəsmi olaraq IFBB Fitness Sport Games adlanan Dünya kubokunun nəticələri də diqqətçəkicidir. Azərbaycan idmançılarının, demək olar ki, hamısı finala yüksələrək, ümumilikdə 4 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

"Men"s physique" üzrə gümüş medal qazanan Kamil Əliyev, həmçinin bürünc mükafatlara sahib çıxan təcrübəli Vüqar Verdiyev və Təbriz Tarverdiyev ("Men"s physique") də fəxri kürsüyə qalxıblar.

Santa-Susannada (İspaniya) Beynəlxalq Bodibildinq Federasiyasının (IFBB) pro-kartları da oynanılıb. Onlar sahiblərinə peşəkar turnirlərdə iştirak etmək hüququ verirlər.

Pro-kartlar uğrunda Elnur Allahyarov və Samir Məmmədli mübarizə aparıblar. Dünya kubokunun mütləq çempionu Allahyarov üçüncü yeri tutub. Turnirdə həmçinin qələbə qazanmış Məmmədli isə dördüncü olub. Hər iki idmançımız pro-kartlar qazanaraq güclərini peşəkarlarla da sınaya biləcəklər.

Fitnes-bikinidə də ciddi irəliləyiş olub. Nərmin Tarıverdinin finala çıxaraq beşinci yeri tutması bu səviyyəli yarışlar üçün ciddi göstəricidir.

"Komanda fenomenal nəticə göstərdi. Santa Susannada keçirilən yarışda yenidən iştirak etməkdən şad olduq. Müsbət emosiyalar, əla səviyyəli iştirakçılar, komandamızın əla çıxışı. Mövsümün sonu əla oldu", - deyə milli federasiyanın prezidenti Rauf Bünyadəliyev bildirib.

Şübhə yoxdur ki, Dünya kuboku beynəlxalq arenada inanılmaz güc qazanmış Azərbaycan bodibildinq idmanı üçün yeni səhifə açır. Görünən odur ki, bu son hədd deyil.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər