top
Azərbaycan bodibilderləri yeni mövsümə ölkə kuboku və Avropa çempionatı ilə başlayır Idman.biz
17 aprel 2026, 16:41
- ↺ +

Azərbaycan bodibilderləri yeni mövsümə ölkə kuboku və Avropa çempionatı ilə başlayır

Azərbaycan bodibilderləri yeni mövsümə start verirlər. Milli federasiya 26 apreldə ölkə kubokunun ənənəvi məkan olan "Jolly Joker Events Hall"da keçiriləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bir neçə gün sonra isə (1-4 may) yığma komanda İspaniyanın Santa-Susanna şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.

Ənənəyə uyğun olaraq mövsümün ilk daxili yarışına böyük ümidlər bəslənir. Çünki idmançılar ölkə yarışlarında göstərdikləri nəticələrlə beynəlxalq arenada da uğur qazana biləcəklərini nümayiş etdirirlər.

Bu barədə Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev də danışıb:

"Ölkə kuboku və ya çempionatında ilk üçlüyə düşən hər bir idmançı xaricdə də ən güclülər sırasında olur. Bizim idmançıların səviyyəsi Beynəlxalq Federasiyanın prezidenti Rafael Santoxo tərəfindən də yüksək qiymətləndirilir. Bu, böyük dəyərdir və bizim vəzifəmiz bu keyfiyyəti qorumaq və nəticələri daha da artırmaqdır".

Rauf Bünyatəliyev əlavə edib ki, Azərbaycan bodibildinqdə artıq əsas rəqiblərdən biri kimi qəbul olunur:

"Rəqiblər üçün bizim komanda keyfiyyət göstəricisidir, idmançılarımızdan çəkinirlər. Bu həm böyük nailiyyətdir, həm də bayraq altında çıxış edən idmançılar üçün əlavə motivasiyadır".

Yaxınlaşan ölkə kubokunda klassik bodibildinq, "Men"s Physique" (çimərlik bodibildinqi), bodifitnes və digər kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparılacaq. Eyni zamanda, yeniyetmələr də səhnəyə çıxacaq və mütləq kateqoriyalarda da qaliblər müəyyənləşəcək.

Daha sonra yığma komanda İspaniyaya yollanacaq və Avropa çempionatında medal uğrunda mübarizə aparacaq. Ötən il Santa-Susannada bodibilderlər dörd qızıl, iki gümüş və altı bürünc medal qazanıblar. Mütləq çempionluqları isə bodibildinqdə İsmayıl Xabiyev, "Muscular Men"s Physique"də Hidayət Quluzadə əldə edib. Komanda son illərdəki nəticələrə görə yenə də favoritlər sırasında göstərilir – iki il əvvəl isə Azərbaycan Avropa çempionatında ümumi komanda hesabında 1-ci yeri tutmuşdu.

Avropa çempionatı ilin birinci yarısının əsas yarışı olacaq. Daha sonra isə 1–5 oktyabr tarixlərində BƏƏ-nin Əcman şəhərində dünya çempionatına hazırlıqlar başlayacaq. Beləliklə, ardıcıl ikinci ildir ki, mundial Körfəz ölkələrində keçirilir – 2024-cü ildə yarış Səudiyyə Ərəbistanının Əl-Xubar şəhərində baş tutmuşdu. Orada Azərbaycan "dəmir adamları" üç qızıl, iki gümüş və bir bürünc medal qazanmışdı. "Men"s Physique" kateqoriyasında isə mütləq çempionluğu Aşur Abdullayev əldə etmişdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Oxşar xəbərlər