top
AMADA UKAD-ın rəhbərlik etdiyi beynəlxalq işçi qrupuna dəvət alıb İdman.biz
11 oktyabr 2024, 20:09
- ↺ +

AMADA UKAD-ın rəhbərlik etdiyi beynəlxalq işçi qrupuna dəvət alıb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Böyük Britaniya Antidopinq Agentliyi (UKAD) tərəfindən təşkil olunan yeni data analitikası işçi qrupunda iştirak edir.

İdman.biz xəbər verir ki, bu əməkdaşlıq təşəbbüsü ABŞ Avstraliya, Yeni Zelandiya, Yaponiya və Danimarka antidopinq agentlikləri ilə yanaşı, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi (ITA) və İdmançılar Etikası Bölməsi (AIU) kimi qlobal təşkilatları bir araya gətirir.

İşçi qrupunun əsas missiyası data analitikası və süni intellektin potensialından istifadə edərək antidopinq səylərini qlobal səviyyəyə yüksəltməkdir. Qrup biliklərin birləşdirilməsi və birgə tədqiqatların aparılması vasitəsilə test və təhsil sahəsində daha dəqiq, effektiv və məqsdəyönümlü yanaşmalar yaratmaq üçün innovativ metodların hazırlanmasını hədəfləyir.

2024-cü il oktyabrın 9-da UKAD və "Sport Integrity Australia" tərəfindən işçi qrupu üçün onlayn görüş keçirilib və tədbirdə data analitikasının antidopinq test və təhsil sahəsində istifadəsi müzakirə olunub. Müzakirələrdə data əsaslı nəticələrin test protokollarını təkmilləşdirmək və spesifik çətinliklərə uyğunlaşdırmaq gücü vurğulanıb.

İşçi qrupu hazırda 26-27 noyabr 2024-cü il tarixlərində Londonda keçiriləcək canlı görüş üçün hazırlıqlar aparır. Bu görüşdə data analitikası və süni intellektin antidopinq təşəbbüslərinə necə təsir göstərə biləcəyi barədə müzakirələr davam etdiriləcək.

AMADA bu işçi qrupuna qoşularaq, dopinqə qarşı mübarizədə qabaqcıl texnologiya və innovasiya ilə beynəlxalq səylərə töhfə verməyə olan öhdəliyini bir daha təsdiqləyir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Bu gün, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Bu gün, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Bu gün, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Bu gün, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Bu gün, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Bu gün, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Bu gün, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Bu gün, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Bu gün, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Bu gün, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Bu gün, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər