top
AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər İdman.biz
20 avqust 2024, 10:25
- ↺ +

AMADA rəsmiləri dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

AMADA-dan İdman.bizə verilən məlumata görə, "Təkmilləşmədə sərhədləri aşaq" adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb.

İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli "Gücləndirilmiş Oyunlar" (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.

Konfransın əsas istiqamətlərindən biri müasir təhdidlər və onların aradan qaldırılması strategiyalarının müzakirə edildiyi "Antidopinq üçün yeni çağırışlar" sessiyası olub. Həmçinin beynəlxalq antidopinq sisteminə etimad və qadağan olunmuş dərmanlardan istifadə edən idmançıların təcrübələrinin təhlili ilə bağlı dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. Dopinqdən asılılığın və onun nəticələrinin öyrənilməsinə, reabilitasiyanın effektiv üsullarının axtarışına xüsusi diqqət yetirilib.

Rüfət Efendiyev "Asılılığın hüdudlarını aşmaq: idman və reabilitasiyanın birləşməsi" mövzusunda məruzə ilə çıxış edərək, narkomaniya da daxil olmaqla, idmanın bərpa prosesinə inteqrasiyası imkanları barədə məlumat verib.

Konfrans çərçivəsində Təhminə Tağı-zadə Danimarka, Niderland və digər ölkələrin antidopinq qurumlarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə müxtəlif ölkələrdə yeni tədqiqat strategiyaları və antidopinq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi müzakirə olunub. Antidopinq sahəsində qabaqcıl təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Təhminə Tağı-zadə elmi tədqiqatların idmanda yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bu görüşlər milli qurumlar arasında daha çox anlaşmaya kömək etməklə yanaşı, daha effektiv şəbəkələşdirilmiş və qlobal antidopinq mexanizmlərinin yaradılmasına yönəlmiş əməkdaşlığın yollarını müəyyənləşdirəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Oxşar xəbərlər