top
AMADA-nın təşkilatçılığı ilə Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri mövzusunda dəyirmi masa keçirilib Idman.biz
14 noyabr 2025, 15:58
- ↺ +

AMADA-nın təşkilatçılığı ilə "Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri" mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə "Qadağan olunmuş maddələrlə mübarizədə qurumlararası əməkdaşlığın perspektivləri" mövzusunda qapalı dəyirmi masa keçirilib.

AMADA-dan İdman.Biz-ə bildirilib ki, tədbirdə dövlət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin (WADA) və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Açılış mərasimində Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov dəyirmi masanın əhəmiyyətini vurğulayaraq bildirib ki, qadağan olunmuş maddələrlə mübarizədə institusional əməkdaşlığın gücləndirilməsi mövcud çağırışlar fonunda xüsusi önəm daşıyır. Tədbirin Dövlət Proqramı çərçivəsində keçirilməsi dövlət qurumları, hüquq-mühafizə orqanları və beynəlxalq tərəfdaşlar arasında koordinasiya və məlumat mübadiləsinin daha da gücləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır. Antidopinq sahəsində səmərəli əməkdaşlıq idmanda ədalət prinsipinin qorunmasına xidmət etməklə yanaşı, cəmiyyətin sağlam həyat tərzinə təşviq olunmasında mühüm rol oynayır.

Daha sonra AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə dəyirmi masanın ölkəmizdə antidopinq sisteminin dayanıqlılığının və effektivliyinin artırılmasına mühüm töhfə verəcəyini bildirib. Vurğulayıb ki, Dövlət Proqramından irəli gələn məsələlər dövlət qurumları, hüquq-mühafizə strukturları və beynəlxalq antidopinq təsisatları arasında əməkdaşlığın yeni mərhələyə daşınması baxımından böyük əhəmiyyət kəsb edir. AMADA məlumat və təhqiqat mübadiləsinin genişləndirilməsi, risklərin proaktiv idarə edilməsi, eləcə də qarşılıqlı etimada əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.

Dəyirmi masanın növbəti hissəsində WADA-nın Təhqiqat şöbəsinin rəhbəri Mathieu Holz, Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer, Polşa Antidopinq Agentliyinin direktor müavini Hubert Dziudzik, "Sportradar"ın Risk və təhqiqatlar şöbəsinin baş meneceri Niall Murphy və digərləri çıxış edərək ali antidopinq qurumunun yerli hüquq-mühafizə orqanları və hökumətlərlə əməkdaşlıq mexanizmləri, mövcud beynəlxalq təcrübələr, təhqiqat və məlumat mübadiləsinin gücləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Müzakirələr zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, gənclərin zərərli təsirlərdən qorunması üçün maarifləndirmə işlərinin gücləndirilməsi, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin önəmi və beynəlxalq antidopinq təhsil mərkəzinin yaradılması kimi mövzulara xüsusi önəm verilib.

Tədbirin sonunda antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmanın təşviqi, gənclərin zərərli vərdişlərdən qorunması və bu istiqamətdə tərəfdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, AMADA-nın aidiyyəti dövlət qurumları ilə əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Oxşar xəbərlər