top
AMADA-dan yeni layihə: Təmiz idman dəyərlərinin fotoqrafların obyektivində əksi İdman.biz
01 noyabr 2024, 13:45
- ↺ +

AMADA-dan yeni layihə: Təmiz idman dəyərlərinin fotoqrafların obyektivində əksi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və "Gilavar Foto Klubu"nun birgə təşkilatçılığı ilə "Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar" adlı beynəlxalq foto müsabiqəsinə start verilib.

İdman.biz xəbər verir ki, müsabiqənin məqsədi 2024-cü - Olimpiya və Paralimpiya ilində təmiz idman dəyərlərinin və ədalətli idman mübarizəsinin fotolar vasitəsilə geniş ictimaiyyətə çatdırılmasıdır.

Müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, Oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alır. Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetiriləcək.

Təqdim ediləcək fotoşəkillərin orijinal və 2024-cü ildəki Yay Olimpiya və Paralimpiya oyunları zamanı çəkilmiş olması mütləqdir. Mükafatlar beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası (IAAP) və "Gilavar Foto Klubu" tərəfindən təqdim ediləcək. Mükafatçılar İtaliya, Bolqarıstan və Azərbaycandan olan münsiflər heyəti tərəfindən səsvermə nəticəsində müəyyənləşəcək.

Müsabiqə idmanın gözəlliyini və ədalətli mübarizəni təşviq etməyi hədəfləyir və Olimpiya ruhu vasitəsilə bizi birləşdirən dəyərlər haqqında qlobal müzakirəyə fotolar vasitəsilə ilham verməyə xidmət edir.

Müsabiqə üçün fotoşəkillər 30 noyabr 2024-cü il tarixədək təqdim olunmalıdır.

Qeyd edək ki, dekabrda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi də təşkil ediləcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər