top
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib İdman.biz
14 sentyabr 2024, 13:16
- ↺ +

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi olub.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Mərasimdə ilk olaraq Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edib. O, yarış iştirakçıları və qonaqları salamlayıb, onlara təşəkkür edib, idmançılara uğurlar arzulayıb. Umudov Azərbaycanda idmana böyük diqqət və qayğı göstərildiyini, federasiya olaraq bunu çox hiss etdiklərini, istər daxili, istərsə də beynəlxalq yarışlar üçün böyük stimul olduğunu qeyd edib. Vitse-prezident Azərbaycan ağırlıqqaldırmasının böyük potensiala malik olduğunu, beynəlxalq arenalarda qazanılan uğurların buna sübut olduğunu bildirib. Ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımi təcrübə və şərait malik olmağımız və qısa zamanda qitə miqyaslı turnirləri təşkil etməyə hazır olduğu vurğulanıb.

Firdovsi Umudov bu yarışdan etibarən Azərbaycan çempionat və birincilikləri üçün xüsusi mükafat fondu təyin edildiyini, idmançı və məşqçiləri həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədilə bu təcrübəni həyata keçiriləcəyini bildirib. Belə ki, gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında qalib gələn kollektivə 5 min manat, 2-ci olan komandaya 3 min manat, 3-cü olan komandaya isə 1 min manat veriləcək. Böyüklər arasında komanda hesabında ən yaxşı olan kollektiv 10 min, 2-ci olan komanda 5 min, 3-cü olan komanda isə 3 min manat mükafat alacaq.

Umudov hazırda Azərbaycanda səfərdə olan və yarışı tribunadan izləyən Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflittini də salamlayıb, ona gəldiyi üçün təşəkkür edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda Azərbaycan ağırlıqqaldırmasının inkişafın xüsusi rolları olmuş şəxslərin yubileyləri məqsədilə təltifat mərasimi təşkil edilib. Sabiq ağırlıqqaldıran Akif Alıyev və əməkdar məşqçi Vahid Nəzərov 65, Beynəlxalq dərəcəli hakim Namiq Nəcəfov 70, AAF-ın sabiq prezidenti Şüa Hüseynova isə 85 yaşı münasibətilə plaketlər və xüsusi, qiymətli hədiyyələr təqdim edilib. Mərasimdə AAF-ın prezidenti Kamran Nəbizadə və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti iştirak ediblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Oxşar xəbərlər