top
Adrian Skarlatake: Mircea Rednic yenidən Azərbaycana dönmək arzusundadır Apasport.az
16 aprel 2025, 12:27
- ↺ +

Adrian Skarlatake: "Mircea Rednic yenidən Azərbaycana dönmək arzusundadır"

Uzun illər Azərbaycanda legioner həyatı yaşamış Adrian Skarlatake apasport.az saytına müsahibə verib. 

- Daimi olaraq, Misli Premyer Liqasını izlədiyini bilirəm. Bu mövsüm böyük ehtimalla çempion "Qarabağ" olacaq. Yəqin sənin üçün gözlənilməz olmayacaq? 
- Əlbəttə, mən hər həftə Azərbaycan çempionatını izləyirəm. Ən azından nəticələrə baxıram. "Qarabağ" daimi olaraq ən yaxşı heyətə malik komandadır. Belə olan halda onların çempionluğu da normaldır, qeyri-adi bir şey yoxdur. "Qarabağ" böyük komandadır. Azərbaycan çempionatının ən komplekt komandasıdır. Bəli, yəqin ki, böyük ehtimalla çempion olacaqlar. Bildiyim qədərilə, bu mövsüm artıq çempionluğu reallaşdıra bilərlər. Onları dayandırmaq çətindir. 

- Keçmiş komandan "Zirə" haqda nə düşünürsən? Komanda 2-ci yerdədir. Hətta bu mövsüm "Qarabağ"ı da məğlub etdilər... 
- Daha əvvəl dediyim kimi, "Zirə" hər il irəliyə bir addım da atır. Hər mövsüm daha da yaxşıdırlar. Onlar peşəkar və yaxşı addımlar atırlar. "Zirə"nin tezliklə çempionluq uğrunda real şanslarla mübarizə aparacağını düşünürəm. Klubun idarə heyətinin rəhbərləri peşəkardırlar və hər şeyi yoluna qoyurlar. Əminəm ki, tezliklə avrokuboklarda yaxşı nəticələr əldə edəcəklər. Elə bu mövsüm də yaxşı çıxış etdilər. Konfrans Liqasında pley-off mərhələsinə qədər gəldilər. Növbəti mövsüm daha da yaxşı nəticələr olacağına inanıram. 

- Hazırda "Konkordiya"da çalışırsan. Azərbaycanda işləmək fikrin və ya variantın var?
- Mən bir neçə aydan sonra əldə edəcəyim UEFA A lisenziyası üçün işləyirəm. Azərbaycan mənim üçün xüsusi ölkədir və əlbəttə ki, gələcəkdə oraya məşqçi kimi qayıtmaq istərdim. Amma hazırda bütün diqqətimi Rumıniya çempionatına yönəltmişəm və lisenziyalarımı bitirməliyəm. 

- "Xəzər Lənkəran"da baş məşqçin olan Mirça Rednik Azərbaycanda işləməyə yaxındır. O, "Kəpəz"i çalışdıra bilər. Bu haqda fikrin necədir? Azərbaycan futbolunu yaxşı tanıdığın üçün, bəlkə səni də özü ilə gətirəcək... 
- Mən Mirça Redniklə bir neçə həftə əvvəl danışmışdım. O, hazırda "UTA Arad" klubunda işləyir. "Xəzər Lənkəran" kimi çox yaxşı azarkeşləri olan komandadadır. Düşünürəm ki, o, yenidən Azərbaycana qayıtmaq istəyir. Bu, onun üçün yeni çağırışdır və hesab edirəm ki, o, Azərbaycanın istənilən komandası üçün həqiqətən yaxşı seçimdir. 

- Rednik yenidən Azərbaycanda iddialı komanda qurub çempionluq mübarizəsində iştirak edə bilər? Onunla işləmək istəyərdin? 
- Əlbəttə, Rednik siz dediyiniz kimi komanda qura bilər. Onun bunun üçün böyük təcrübəsi var. Həm də futbol oyunu ilə bağlı xüsusi hisləri var. Bu, məşqçi üçün çox vacib məsələdir. O, təkcə Azərbaycanda deyil, istənilən ölkədə komanda qura bildiyi müddətcə çempionluq uğrunda mübarizə apara bilər. Təbii ki, onunla işləyə bilərəm. Bizim yaxşı münasibətimiz var və o, həqiqətən də yaxşı insan və şəxsiyyətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Oxşar xəbərlər