top
ADK və AAF arasında Anlaşma Memorandumu imzalanıb İdman.biz
26 avqust 2024, 14:10
- ↺ +

ADK və AAF arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Deflimpiya Komitəsi (ADK) və Azərbaycan Atıcılıq Federasiyası (AAF) arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, görüşdə ADK-nın baş katibi Namiq Novruzov, İdarə Heyətinin üzvü Sahib Gülməmmədov, İdman Şöbəsinin əməkdaşı Asxab Kalayev, AAF-nın vitse-prezidentləri Zemfira Meftahətdinova, Tofiq Bəylərov, baş katibi Emin Cəfərov və güllə atıcılığı üzrə millinin baş məşqçi İradə Aşumova iştirak ediblər.

Memoranduma əsasən hər iki qurum ölkədə Deflimpiya Hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişaf üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Öncə Novruzov beynəlxalq Deflimpiya Hərəkatı və Beynəlxalq Karlar İdman Komitəsi barədə ümumi məlumat verib. O, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb olunmasının kütləviliyinin təmin edilməsinin, onların idmanla sosial həyata inteqrasiyası istiqamətində görülən işlər və planlar barədə danışıb. Novruzov AAF-la qarşılıqlı əməkdaşlığın gələcəkdə yeni uğurların təməlini qoyacağına inam ifadə edib.

Meftahətdinova isə əməkdaşlığı inklüziv idmanın inkişafı istiqamətində mühüm addım adlandırıb. O bildirib ki, Memorandum mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə əlavə imkanlar açacaq.

Daha sonra Cəfərov eşitmə məhdudiyyətli şəxslərin atıcılığın hər iki növünə cəlb edilməsi, Bakı Atıcılıq Mərkəzində keçirilən təlim-məşqlərdə, bir çox aktiv fəaliyyətlərdə iştirak etməsi, peşəkar müəllimlər tərəfindən xüsusi dərslərə cəlb olunması və onların yarışlara hazırlığı zamanı lazım olan avadanlıqlarla təmin edilməsi üçün hər cür şəraitin yaradılacağını vurğulayıb.

Bəylərov isə birgə əməkdaşlıq çərçivəsində atıcılıq idman növünə marağı və bacarığı olan eşitmə məhdudiyyətli şəxslərin cəlb edilməsi məqsədilə müxtəlif məktəb və tədris mərkəzlərində infosessiyalar, məlumatlandırma kampaniyaları təşkil ediləcəyini qeyd edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Voleybol
Bu gün, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Futbol
Bu gün, 12:11

Xankəndi FK, Xankəndi şəhərinə köçürülmə planını davam etdirir

Futbol
Bu gün, 12:00

Səbail FC yeni müşavirini təqdim etdi: "Futbolda lift yoxdur, pilləkənlər var"

Oxşar xəbərlər