İtalyalı dağ xizəksürəni Matilda Lorentsi məşq zamanı yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Xizəksürmə və Snoubord Federasiyasının (FIS) mətbuat xidməti məlumat yayıb.
İdmançının məşqi 28 oktyabrda İtaliyada, Val Senale dağında keçirilib. Onu xəstəxanaya aparsalar da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Matilda Lorentsinin noyabrın 15-də 20 yaşı olacaqdı. O, 2024-cü ildə supergigantda İtaliya çempionatını qazanıb.
İdman.biz