top
Rüstəm Orucov Səudiyyə Ərəbistanında cüdonun inkişafından danışır: Əvvəllər heç kim eşitməmişdi Sport24.az
15 avqust 2025, 12:20
- ↺ +

Rüstəm Orucov Səudiyyə Ərəbistanında cüdonun inkişafından danışır: "Əvvəllər heç kim eşitməmişdi"

Olimpiya oyunlarının gümüş medalçısı, dünya çempionatının ikiqat finalçısı, Avropa çempionu olan Rüstəm Orucov idman karyerasını başa vurduqdan sonra cüdo sahəsində uğurlu funksioner fəaliyyətinə başlayıb. Hazırda o, Səudiyyə Ərəbistanında cüdonun inkişafı üçün çalışır.

Sport24.az xəbər verir ki, Orucov İdman.biz-ə müsahibəsində işinin özəlliklərindən, gələcək planlarından, qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarından və digər mövzulardan danışıb.

 

- Rüstəm, demək olar ki, bu il karyeranızda əla bir dönüş oldu - siz artıq Səudiyyə Ərəbistanı Olimpiya Komitəsi nəzdində cüdo üzrə performans direktoru vəzifəsində çalışırsınız. Bu təklif sizin üçün bir qədər gözlənilməz oldu?

- Düzünü desəm, bu barədə uzun müddət düşündüm. Əvvəllər də müxtəlif təkliflər almışdım, amma hamısına "yox" demişdim. Bu təklif isə məhz Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsindən gəldiyinə və çox yaxşı şərtlər təklif etdiklərinə görə məni cəlb etdi. Buna baxmayaraq, qərar vermək asan olmadı, çünki köçmək çətin idi. Amma sonda qərara gəldim ki, bu iş mənim üçün böyük bir addım olacaq, bu sahədə təcrübə toplamağa kömək edəcək. İnanıram ki, bu vəzifədə özümü yaxşı tərəfdən göstərəcəyəm və uğurlu nəticələr əldə edəcəyik.

 

- Eyni zamanda, siz Avropa Cüdo İttifaqının (EJU) komissarısınız, Beynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının kurslarında çalışırsınız, ustad dərsləri keçirirsiniz. Bütün bunlara necə vaxt tapırsınız? Günləriniz, yəqin ki, bir neçə ay əvvəldən planlaşdırılıb?

- Doğrudan da, hazırda çox sıx qrafikdəyəm. Hətta EJU-nun bəzi yarışlarında və IJF kurslarında iştirakdan imtina etmişəm, çünki hazırda bütün diqqətimi Səudiyyə Ərəbistanı yığmasına yönəltmişəm. İstəyirəm ki, ölkədə cüdonun səviyyəsini qaldıraq və performans direktoru kimi uğur əldə edim. Bütün dünyaya göstərmək istəyirəm ki, yalnız idmançı yox, funksioner olaraq da uğur qazanmaq mümkündür. Buna görə ilin sonunadək bütün xarici səfərlərdən imtina etmişəm. Amma növbəti mövsümdə EJU-nun bəzi turnirlərində və IJF kurslarında iştirak etməyə çalışacağam ki, bu istiqamətdə də fəaliyyətimi davam etdirim.

 

- Səudiyyə Ərəbistanında cüdonun inkişafı necə gedir? Qarşınıza hansı məqsədlər qoyulub?

- Artıq milli komandanın heyəti formalaşıb. Ölkənin bütün bölgələrinə səfərlər edərək, yerli yarışlarda müşahidələr apararaq idmançıları seçmişik. Yerli cüdoçuların peşəkarlığını artırmaq üzərində işləməyə davam edirik, amma artıq onlar beynəlxalq arenada çıxış edə biləcək səviyyəyə çatırlar. Ümid edirik ki, bir neçə il ərzində yaxşı nəticələr əldə edə biləcəyik.

 

- Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi isə əfsanəvi İlias İliadisdir. Sizin aranızda isti dostluq münasibətlərinin olduğunu da nəzərə alsaq, bu tandemdə işləmək necədir?

- Bizim çox yaxşı kollektivimiz var və bu cür işdə bu, çox önəmlidir. Hər yerdə qarşılıqlı hörmət var, bir-birimizə güvənirik. Düzünü desəm, belə səmimi bir komanda nadir hallarda rast gəlinir, amma elə bununla da dəyərlidir. Ümid edirəm ki, birlikdə sona qədər gedəcək və yaxşı nəticələr göstərəcəyik.

 

- Bakıdakı "Böyük Dəbilqə" turnirinin mükafatlandırma mərasimində siz Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birlikdə medal təqdim edirdiniz. Bu necə bir hiss idi və onun dəstəyini hiss edirsinizmi?

- Təbii ki, IJF prezidentindən dəstək hiss edirəm. Doğum günüm münasibətilə təbrik etməsi, hal-əhval tutması çox xoş oldu. Bakıdakı mükafatlandırma mərasimində də vəziyyətlə maraqlandı. Yəni Marius Vizerin mənə verdiyi dəstəyi tam şəkildə hiss edirəm.

 

- Yeni ildən etibarən qaydalarda dəyişiklik oldu, "yuko" qiymətləndirməsi geri qayıtdı. Sizcə, bu cüdoya əlavə dinamika qatdımı?

- Məncə, yeni qaydalar əvvəlkilərdən daha yaxşıdır. Məsələn, əvvəllər rəqibi mübahisəli bir fəndlə ippon və ya vazariyə ata bilirdin və hakimlər tez-tez vazari verirdilər. İndi isə "yuko" qiyməti qayıdıb və bu, sanki cüdonu balanslaşdırır. Bu dəyişikliyə görə çox sevinirəm. İndi əlavə vaxtda daha az mübarizə olacaq, çünki beş saniyə saxlamaq da xal qazandırır. Tamaşaçılar üçün də döyüşləri izləmək daha maraqlıdır.

 

- Bu il İslam Həmrəyliyi Oyunları Ər-Riyadda keçiriləcək. Təşkilatçılar tərəfindən hazırlıq prosesi necə gedir?

- Hazırlıq çox ciddi şəkildə aparılır. Cüdo yarışlarının keçiriləcəyi zalı görmək imkanım oldu - heyrətamizdir! Fikrimcə, hər şey yüksək səviyyədə olacaq və komandamız uğur qazanacaq.

 

- Qarşıdakı illər üçün şəxsi hədəfləriniz nələrdir?

- Bu il bizim üçün bir növ seleksiya ili oldu. İdmançıları axtardıq, yerli çempionatlarda iştirak etdik, kadetlər, gənclər və böyükləri seçdik. Daha sonra komandamızın güclənməsi üçün təlim-məşq toplanışları keçirdik. Artıq uşaqlarda bir alov hiss olunur - peşəkar idmanın nə olduğunu anlamaya başlayıblar. Axı əvvəllər gündə iki dəfə məşq etmirdilər. İndi isə qalib gəlmək istəyirlər, turnirlərə gedirlər, Olimpiya və dünya çempionlarını görürlər. Onların gözlərində mübarizə istəyi var. Əvvəllər Səudiyyə Ərəbistanında cüdo haqqında heç kim eşitməmişdi. İndi isə yarışlara gedəndə bizim idmançılara münasibət dəyişib. Məsələn, böyüklər və gənclər arasında Avropa kuboklarında iki yarışda beşinci olduq - bu, Səudiyyə Ərəbistanı üçün tarixi nəticədir. Biz hələ yolun əvvəlindəyik. Əsas uğur isə böyük turnirlərdə nəticə əldə edəndə gələcək. Mən buna inanıram.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Oxşar xəbərlər