top
Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar Idman.biz
Bu gün, 10:48
- ↺ +

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gürcüstanda yaşayan azərbaycanlılar, soydaşlarımızın yaratdığı icmalar 8 Noyabr – Zəfər Gününü qeyd etməyə hazırlaşırlar. Bu əlamətdar günə həsr olunan tədbirlərə hazırlaşanlar arasında "Barlas" İdman Federasiyasının üzvləri də var.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, məşqlərini "Yaşasın Azərbaycan!" şüarı altında davam etdirən yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri üzrə turnirdə qalib gəlməyi hədəfləyirlər.

"Barlas" Federasiyasının təsisçisi və məşqçisi Faiq Məmmədov bildirib ki, uzun müddətdir uşaqların və gənclərin idmana cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində çalışırlar.

"Xeyli vaxtdır ki, uşaqların və gənclərin idmanla məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, zərərli vərdişlərdən uzaq durmaları üçün çalışırıq. Valideynlər də övladlarını həvəslə klubumuza gətirir, onların sağlam ruhda böyüməsi üçün bizimlə birgə səy göstərirlər. Bu da bizi daha əzmlə çalışmağa ruhlandırır", – deyə məşqçi vurğulayıb.

Faiq Məmmədov Zəfər Gününə həsr olunmuş turnirdə qalib gələcəklərinə inandığını bildirib.

Digər məşqçi Əli Qəmbərov da yetirmələrinin yarışa ciddi hazırlaşdıqlarını və uğur qazanacaqlarına inandığını söyləyib.

"İdmançılarımız artıq Gürcüstan çempionu olublar, müxtəlif fəxri adlara layiq görülüblər. Onlar bütün yarışlarda olduğu kimi, bu dəfə də ciddi hazırlaşırlar. Yaxşı başa düşürlər ki, bu turnirdə qalib gəlmək və Azərbaycanın Zəfər Gününə layiqli töhfə vermək vacibdir. İnanıram ki, yarışdan üzüağ çıxacağıq", – deyə Əli Qəmbərov bildirib.

Gənc və yeniyetmə idmançılar da turnirdə qalib gəlmək əzmində olduqlarını bildiriblər.

Qeyd edək ki, Zəfər Gününə həsr olunan turnirdə yalnız "Barlas" klubunun deyil, digər idman klublarının yetirmələri də mübarizə aparacaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Oxşar xəbərlər